Lə İləhə İlləllah!

Müəllif: Wiyinka
Şərhlər: 6
Baxılıb: 5 213
Səs ver:
(səs: 2)
-"Xəstələrimdən bəziləri ölümcül halda olarkən
onlara şəhadət kəlməsini söyləməyi təlqin
edirdim. Dəfələrlə olub ki, onlar bu kəliməni
söyləmədən dünyadan köçüblər. Hətta bir gün
bir
xəstə gətirildi. Ölüm anında idi. Ona yaxınlaşıb: - "De: Lə iləhə illəllah!”. Çünki Peyğəmbər
(sallAllahu aleyhi və səlləm) buyurub: "Kimin son
sözü "Lə iləhə illəllah” olarsa, o Cənnətə daxil
olar. Lakin o susurdu. Mən bu dediklərimi
dəfələrlə təkrar
etdim. O isə uzun bir sükutdan sonra boğuq səslə cavab
verdi:
- "Həkim, mən sizin nə demək istədiyinizi
anlayıram.
Amma deyə bilmirəm, deyə bilmirəm...”
Və bu xəstə beləcə - bu kəliməni söyləmədən dünyasını dəyişdi. Günlərin
birində xəstəyanaya ağır bir xəstə gətirildi.
Dərhal əməliyyat etdik. Lakin vəziyyəti
dəyişilmədi
və artıq əcəlinin çatdığını anlamışdıq. Artıq
həyatının son anlarını yaşayırdı. Tələsik ona yaxınlaşıb
dedim:
- "Qardaşım, de: Lə iləhə illəllah!”. Çünki
Peyğəmbər
(sallAllahu aleyhi və səlləm) buyurub: "Kimin son
sözü "Lə iləhə illəllah” olarsa, o Cənnətə daxil olar.
O isə bilirsinizmi mənə nə söylədi? Xırıltılı səsi
ilə
mənə dedi:
- "SubhənAllah! Siz hələ bu kəliməni düzgün
tələffüz edə bilmirsinizmi? Onu tələffüz edərkən "Lə”
kəlimini
bir qədər uzadın və deyin: "Ləə iləhə
illəllah”...” Və o beləcə şəhadət gətirib, ruhunu
Allahu təaləyə
tapşırdı. SubhənAllah. Bu qardaş ölüm anında ikən mənə "Lə
iləhə illəllah” kəliməsinin düzgün deyilişini
öyrədirdi.
Məkanın Cənnət olsun, qardaşım.

(səs: 2)
Şərhlər: 6
Baxılıb: 5 213
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri