Namaz zamanı qadın əllərini və ayaqlarını da örtməlidir?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 3 842
Səs ver:
(səs: 1)
Namaz zamanı qadın əllərini və ayaqlarını da örtməlidir, yoxsa əllərini və ayaqlarını örtməsə də olar?

 Qadinlar.Biz İslam.az-a istinadən bildirir ki, bu barədə İslam məzhəblərinin görüşləri fərqlidir. Hənəfi məzhəbinə görə, namazda qadının yalnız sifəti, ovucları (əllərinin içi) və topuqdan aşağı ayaqlarının üzü açıq qala bilər (ayaqların altı örtülməlidir). Şafii məzhəbi namazda qadının üzünü və biləkdən aşağı əllərini (həm əllərinin üzü, həm də ovucları) açıq saxlamağa icazə verir. 

Cəfəri məzhəbinin müctəhidləri namaz zamanı qadının sifətini (dəstəmazda yuyulan ölçüdə), biləkdən aşağı əllərini və topuqdan aşağı ayaqlarını açıqda saxlamağa icazə verirlər. Amma bu yerlərdən artığının açıqda qalmadığına əmin olmaq üçün deyilən miqdardan azacıq artıq örtülsə, daha yaxşı olar. Eləcə də, bəzi müctəhidlər ehtiyati-müstəhəbbə görə, ayaqların altını (dabanı), bəzi müctəhidlər isə bundan əlavə, həm də əllərin içini (ovcu) örtməyi də məsləhət bilirlər.
(səs: 1)
Şərhlər: 6
Baxılıb: 3 842
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri