İblis dedi:Ya Muhəmməd(s.ə) namazı vaxtında qılmayıb,bir azdan qılaram deyənləri bu cür vəsvəsə edirəm:
İnsan nə zaman namaza qalxmaq istəyərsə,onu tutub deyirəm:
-Hələ vaxt var,sən də məşğulsan, işini gör,sonra qılarsan
Namazın vaxtı keçdikdən sonra namaz qılar.O da fəzilətli namaz olmaz.Bundan başqa insan şeytanlarından birini ona göndərib,namazı vaxtında qılmasına mane olaram.Namazı batil etmək üçün isə insanı namazın içində sağa-sola baxdırır və ya tez-tez qılmağa vadar edərəm.İnsanın Allaha ən yaxın olduğu an səcdə halıdır.
İnsanın namazı tez-tez qılması toyuğun yerdən dən götürməsi kimidir.Bundan başqa insana namazda barmaqlarını şıqqıldatmasını əmr edərəm.Beləcə o Allaha deyil,mənə zikr edənlərdən olur
Ey insanlar şeytan bizimlə necə mübarizə apardığını gorürsünüz.Nəyə görə biz şeytana baş əyməliyik?Axı biz yaradalanların ən üstünüyük.Odur ki,etdiyimiz hər bir hərəkətə,dediyimiz hər bir sözə və xüsusən qıldığımız namazlara fikir verək.Nə qədər diqqətli olsaq,Allah Təala da bizə bir o qədər cox nəzarət edər.Allah bizi hidayət etsin İnşallah.