Dində oral intim əlaqə barədə nə deyilir?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 8
Baxılıb: 74 192
Səs ver:
(səs: 8)
Sual: Dində oral əlaqə (ağız yoluyla seksual münasibət) barədə nə deyilir?

Cavab: İslam dinində bu məsələ ilə əlaqədar bir hökm yoxdur. Lakin bu cür bir əlaqə korlanmamış olan insan təbiətinə ziddir. Başqa sözlə, məkruhdur.1

Bəqərə surəsinin 222 və 223-cü ayələrini oxusanız, anal seksin (tərs yoldan cinsi əlaqə, anus dəliyindən istifadə etməklə qurulan cinsi münasibət) dini cəhətdən düzgün olmadığını başa düşərsiniz. Peyğəmbərin (s. a. v.) anal cinsi əlaqəni qadağan edən hədislərini bu cür qiymətləndirmək lazımdır. Oral yolla əlaqə isə məsləhət görülməsə də, qabaq və arxa hissədən həyata keçirilən bir cinsi əlaqə növü deyil. Əgər elə olsaydı, anal əlaqəni qadağan edən hədislər varid olduğu kimi, bu məsələdə də mütləq bir qadağa xəbəri gələrdi.

Bunu yaxşı hesab etməyən alimlərin dəlilləri xəstəlik tutmaq və yoluxmaq qorxusudur.

Bu məsələ ilə əlaqədar nəss (ayə və hədis kimi qəti bir dəlil) olmadığına görə də məkruh hökmü verilir.

Məkruh əməl haram əməl kimi deyil. Haram əməl haqqında qadağan olduğuna dair qəti bir hökm olan əməldir.


Materialdan istifadə edərkən mənbə göstərilməlidir.

Məkruh -
Allahın qəti olmayan bir dillə etməməyimizi əmr etdiyi hərəkət. []
(səs: 8)
Şərhlər: 8
Baxılıb: 74 192
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri