Cinsi əlaqədən qabaq hansı duanı oxumaq lazımdır?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 11 110
Səs ver:
(səs: 2)
Sual: Cinsi əlaqədən qabaq hansısa bir duanı oxumaq lazımdır? Muhəmməd peyğəmbərin bununla bağlı hədisi var?

Cavab: Sualınızda qeyd etdiyiniz məsələ ilə əlaqədar olaraq peyğəmbərimizdən (s. a. s.) belə bir hədis nəql edilmişdir:

"Mənim ümmətimdən bir nəfər öz yoldaşı ilə yaxınlıq etmək istədiyi vaxt belə desin”:


بِاسْمِ اللهِ اَلّلهُمَّ جَنِّبْنا الشَّيْطانَ وَجَنَّبِ الشَّيْطانَ ما رَزَقْتَنا


Yuxarıdakı  duanın oxunuşu belədir:

"Bismillah. Allahummə cənnibna-ş-şeytanə və cənnibi-ş-şeytanə ma rəzəqtəna”


Həmin dua aşağıdakı mənanı verir:

"Bismillah! Allahım, şeytanı bizdən və bizə verəcəyin uşaqdan uzaq et”.


Muhəmməd peyğəmbərin (s. a. v.) bu hədisinə əsasən kim belə desə və onlara bu yaxınlıqdan bir övlad verilsə, şeytan o uşağa heç vaxt ziyan verə bilməz.1


Saytımızın materiallarından istifadə edərkən mənbə göstərilməlidir.  


  1. MƏNBƏ: Buxari, Bədu-l-xəlq, 11, Dəavat, 55, Tovhid, 13; Müslim, Nikah, 116 (1434); Əbu Davud, Nikah, 44-45; Tirmizi, Nikah, 8; İbn Macə, Nikah, 27; Əhməd ibn Hənbəl, 1/217.
(səs: 2)
Şərhlər: 6
Baxılıb: 11 110
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri