"Amin" nə deməkdir?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 3 649
Səs ver:
(səs: 4)
Tək tanrılı dinlərin hamısında ən sıx istifadə edilən söz  "amin”dir. İnsanların bu qədər sıx istifadə etdikləri bir sözün mənasını da təbii olaraq bilmələri lazımdır.

Bəzi insanlar bu sözü olur-olmaz hər yerdə istifadə edirlər. Bəziləri «Amin»in  bir duanın bağlanışında söyləndiyini, bəziləri də «dualarım qəbul olsun»  mənasını verdiyini düşünər. Halbuki, kəlimənin mənası çox daha geniş, mənşəyi də çox köhnədir.

Arxivə nəzər saldıqda bu beynəlxalq sözün mənşəyinin İvritcə olduğu görünür. İvritcə «amen» — «təsdiqləmə», «qəbul» və ya «gerçəyə şahidlik etmə» ifadəsi olaraq «həqiqətən», «təbii»  mənasında istifadə edilir. Söz Xristian ölkələrinə dəyişmədən keçərkən Ərəbcəyə də «amin» olaraq yerləşmişdir. Əgər bir adam "amin” deyirsə:  - Tanrının həqiqətini, mükəmməlliyini bütün ürəyimlə qəbul edirəm. Tanrı tərəfindən yerinə yetirilməsini istədiyim dua və tələblərin doğruluğunu təsdiq edirəm — deməkdir.

Hazırda  «Amin»  dilimizin alışdığı bir söz olmuşdur və bu sözün yalnız müsəlman dünyasına aid olduğunu düşünürük. Amma əslində bu kəliməni ilk dəfə yəhudilər işlətmişlər. Bəli, bizim üçün «Amin» müqəddəs kəlimədir, çünki bu kəliməni istifadə etməyi bizə Hz. Məhəmməd buyurub.

 Bütün arzularınız çin olsun. Amin!
(səs: 4)
Şərhlər: 6
Baxılıb: 3 649
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri