Səmimi qəlblə ibadət

Müəllif: Wiyinka
Şərhlər: 7
Baxılıb: 2 771
Səs ver:
(səs: 5)
 
Məhəmməd ibni Yəhya, Əhməd ibni Məhəmməddən, o da iki vasitə ilə İmam Məhəmməd Baqir (əleyhissalam)-dan nəql edir ki, İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) buyurur: «Agah olun! Hər ibadətin bir ləzzət və rəğbəti var. Bir az keçdikdən sonra insanı tənbəlliyə çəkir. Beləliklə, hər kəs ibadətin ləzzətini mənim adətim üzrə yerinə yetirsə, hidayət olar, hər kim mənim yolum və adətimlə müxalif olsa, zəlalətə düşər, əməli isə ziyan və zərər olar. Agah olun! Mənim adətim budur: Namaz qılıram, yatıram, oruc tuturam, iftar edirəm, gülürəm, ağlayıram. Hər kəs mənim yolumdan dönsə, məndə deyil. O vaxt buyurdu: Moizədən ötrü ölüm kifayətdir. Yəqin və inanmaqdan ötrü təkcə ehtiyacsızlıq, məşğuliyyətdən ötrü təkcə ibadət kifayətdir.» [Üsuli-kafi 2ci cild,səh.85]
İmam Sadiq (əleyhissalam) buyurur: «Hər kəsin bir meyl və rəğbəti var. Hər rəğbətdən ötrü bir meyilsizlik, bəs xoş o kəsin halına ki, meyilsizliyidə xeyirə tərəf olsun.»[Üsuli-kafi 2ci cild,səh.85]
Yenə də Həfs ibni Boxtəri, İmam Sadiq (əleyhissalam)-dan nəql edir: «İkrah və yorğun halında ibadəti özünüzə yük eləməyin!»[Üsuli-kafi 2ci cild,səh.87] 
(səs: 5)
Şərhlər: 7
Baxılıb: 2 771
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri