Hz Muhəmməd (s.s.ə)

Müəllif: Mr. OffiCeR
Şərhlər: 10
Baxılıb: 2 871
Səs ver:
(səs: 5)

"Hər kim ruzini halal yoxsa haram yoldan qazandığının fərqinə varmasa, Allah da qiyamətdə onu cəhənnəmin hansı qapısından içəri atmağın fərqində olmaz”.

"Kim Qiyamətə üç xüsusiyyətlə gəlməsə, ziyan çəkmişlərdən olar: insanı Allahın haramlarından çəkindirən vərə və təqva, insanı səfehlərin cəhalətindən uzaq tutan helm, bir də insana camaatla yola getməkdə kömək edən gözəl xasiyyət”.

Allah-təala buyurur: "Hansı bəndəm mənim iradəmi öz istəyindən üstün tutsa, onu ehtiyacsız edərəm, fikrini axirətə doğru yönəldərəm, göylər və yerlər ona ruzi yetirməyi öhdəyə alar, kasıblığı ondan uzaqlaşdıraram. Mən onunla hər bir tacirdən daha yaxşı ticarət edərəm” (yəni onunla son dərəcə ədalətli və rəhmli davranaram, savab əməllərinin əvəzini artıqlaması ilə verərəm, səhvlərini bağışlayaram).

 

Hz Muhəmməd (s.s.ə)

 

Peyğəmbər Əbuzərdən soruşdu: "İstəyirsənmi sənə bəzi biliklər öyrədim ki, onlara görə Allah sənə fayda versin?” Əbuzər cavab verdi: "İstəyirəm, ey Allahın rəsulu!” O həzrət buyurdu: "Allahı yad et (xatırla, unutma) ki, O da səni yad etsin. Allahı sanki öz qarşında görürmüş kimi hiss et və yaddan çıxarma. Sən rahatlıq halında Allahı düşün ki, çətinlik halında da O səni düşünsün. Ehtiyacın olanda Allaha üz tut, yardım istəyəndə Allahdan istə. Qiyamətə kimi baş verəcək hər şeyi qələm yazıb (yəni hər şey Allahın qəzavü qədərinə uyğundur və lövhi-məhfuzda qeyd edilib). Əgər Allahın qədərində yazılmamışsa, bütün insanlar birləşib sənə yaxşılıq etmək istəsələr də edə bilməzlər. Əgər Allahın qədərində yazılmamışsa, bütün insanlar birləşib sənə pislik etmək istəsələr də edə bilməzlər. Riza (razılıq və Allaha təslimiyyət) və yəqin içində Allah yolunda hansısa bir əməli etməyə gücün çatırsa, o əməli mütləq et. Əgər buna gücün çatmırsa, bil ki, xoşlamadığın hallara dözüb səbr etməkdə çoxlu xeyir var. Qələbə səbrlədir. Xilas dərd-qəmlə yanaşıdır. Hər çətinliyin sonunda asanlıq var”.

 

Hz Muhəmməd (s.s.ə)

 

 

Hz Muhəmməd (s.s.ə)

 

"Hər kimin yanında bir müsəlmanın qeybəti danışılarkən, əlində imkan olduğu halda onu müdafiə etsə (yəni qeybətə imkan verməsə), Allah dünyada və axirətdə ona yardım göstərər. Yox, əgər əlində imkanı ola-ola bunu etməsə, Allah dünyada və axirətdə onu xar edər, köməksiz buraxar”.

"Hər kim camaatın ondan ötrü ayağa qalxmasını xoşlasa, cəhənnəmdə öz yerini hazırlamış olar”.

"Hər həftənin bazar ertəsi və cümə axşamı günlərində insanların əməlləri Allaha təqdim olunar, möminlərin günahlarını bağışlamaq barədə mələklər Allahdan xahiş edərlər. Amma din qardaşı ilə küsülü qalan bəndə bundan məhrum olar. Allahdan əmr gələr ki, bu iki nəfər barışana kimi onların hesabını kənara qoyun (yəni onların günahını bağışlamağımı məndən xahiş etməyin)”.

"Mömini söymək fisqdir (günahdır), möminlə savaşmaq küfrdür. Möminin ətini yemək (yəni qeybətini danışmaq) Allaha qarşı günahlardan biridir. Möminin əmlakı da qanı kimi haramdır (yəni ona təcavüz etmək olmaz)”.

Əbuzər soruşdu: "Ey Allahın rəsulu, qeybət nədir?” Cavab verdi: "Din qardaşının xoşlamadığı bir sözlə onu xatırlamaq”. Əbuzər soruşdu: "Hətta əgər deyilən xüsusiyyət onda olsa belə?” Peyğəmbər buyurdu: "Bil ki, əgər dediyin xüsusiyyət onda varsa, onun qeybətini etmiş olursan. Əgər dediyin xüsusiyyət onda yoxdursa, ona böhtan atmış sayılırsan”.

"Hər kim öz müsəlman qardaşının qeybətini etməkdən çəkinsə və qeybəti danışılarkən onu müdafiə etsə, Allah da onu cəhənnəm atəşindən qorumağı özünə vacib bilər”.

(səs: 5)
Şərhlər: 10
Baxılıb: 2 871
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri