İnşAllah

Müəllif: Wiyinka
Şərhlər: 9
Baxılıb: 1999
Səs ver:
(səs: 3)
"İnşAllah" gündəlik həyatda tez-tez eşitdiyimiz və işlətdiyimiz kəlimələrdən biridir. Ancaq bir çoxumuz bu kəlməni işlətsək də, onun dərin mənasından xəbərsizik. Hətta bəzən getmək istəmədiyimiz bir dəvəti nəzakətlə yola vermək üçün "İnşAllah" deyirik. Halbuki "Allah istəsə" mənasını verən "İnşAllah" kəliməsi qədərlə əlaqədar çox önəmli məsələdir.

Biz yaxın və uzaq gələcək üçün bir qisim planlar qururuq. "Sabah bura gedəcəm, o biri gün bunu edəcəm. Həftə sonu filan yerə baş çəkəcəm, yay tətilini filan yerdə keçirəcəyəm" və s. Bəli, vaxtımızı səmərəli keçirmək üçün planlı hərəkət etmək , əlbəttə ki, vacibdir, lakin burada bir şeyi nəzərə almağa, diqqət yetirməyə məcburuq. Əgər Allah istəməsə, onun izni və iradəsi olmasa, biz barmağımızı da tərpədə bilmərik. Bizi də, hərəkətlərimizi də yaradan Allahdır. Haqq-Təala inayətini, rəhmətini bir anlıq üstümüzdən götürsə, daş kimi yerimizdə qalarıq. 

Rəbbimiz bizə müstəsna qabiliyyətlərlə yanaşı, bir də cüzi iradə vermişdir. O cüzi iradə sayəsində həyatımıza yön verə, bəzi şeyləri seçə bilirik. Lakin bir həqiqəti unutmayaq ki, Allahın diləyi hər şeyin fövqündədir (hər şeydən üstündür). Ona görə də kiçik və ya böyük- görmək istədiyimiz bütün işləri dilə gətirərkən mütləq "inşallah" deməliyik. Bu, bizə Rəbbimizin əmridir. Allah Təala "Kəhf" surəsinin 23 və 24-cü ayələrində buyurur: "Və heç bir şey barəsində "Mən onu sabah edəcəyəm demə!" Ancaq " İnşAllah (əgər Allah istəsə, Allah qoysa) edəcəyəm!" de. ("İnşAllah" deməyi) unutduğun zaman Rəbbini yada salıb : " Ola bilsin ki, Rəbbim məni haqqa daha yaxın olan bir yola yönəltsin" de". 
"İnşallah" sözü Allahın istəyi olmadan mən yerimdən də tərpənə bilmərəm. Onun istəyi olmadan nə özümə bir faydam dəyə bilər, nə də özümü gələcək zərərlərdən qoruya bilərəm. Mən yalnız Allahın yardımı və mərhəməti ilə hərəkət edə bilərəm." kimi mənalar verir. Qul bu sözlə öz istəyini Allahın iradəsinə həvalə edib Ona təslim olur. 

"Əraf" surəsinin 188-ci ayəsində Haqq-Təala Peyğəmbərimizə xitabən belə buyurur : " De: " Mən Allahın istədiyindən başqa özümə nə bir xeyir, nə də bir zərər verə bilərəm. Əgər qeybi bilsəydim, sözsüz ki, (özüm üçün) daha çox xeyir tədarük edərdim (savab qazanmaq üçün dünyada daha çox yaxşı işlər görərdim) və mənə pislik də toxunmazdı. Mən iman edəcək insanları ancaq (pis əməlləri müqabilində Allahın əzabı ilə) qorxudan və ( yaxşı əməlləri müqabilində isə Cənnətlə) müjdələyənəm!"

Peyğəmbərimiz daima Allahın diləyini, ilahi iradəni ( məişəti ilahi) hər şeydən üstün tutmuş və Ona tam təslim olmuşdur. Belə ki, bir dəfə əshabına buyurmuşdu : "Heç kim öz əməli ilə nicat tapa bilməz." Səhabələr soruşur : " Sən də mi, ya Rəsulallah?" Peyğəmbərimiz cavab verir : "Bəli, mən də. Yalnız Rəbbimin mənə sonsuz mərhəmət göstərməsi və hər tərəfimi rəhməti ilə əhatə etməsi sayəsində qurtula bilərəm." (Müslim, Sıfatul –Münafıkun: 76). Peyğəmbərimizin Allahın istəyinə, ilahi iradəyə təslimiyyəti bu səviyyədədir. Əslində, başda Nəbilər Sultanı Sevgili Peyğəmbərimiz olmaqla bütün peyğəmbərlər bu məqama çox diqqət etmişlər. Çünki Allah-Təalanı ən yaxşı tanıyanlar, bilənlər onlardır. Bütün peyğəmbərlər bir işə başlayanda "İnşAllah" demiş, Allahın diləyini hər şeydən üstün bilmişlər. Yusif (ə.s) bir çox imtahan və çətinliklərdən sonra Misir sarayında vəzir olduqda qardaşları ilə birlikdə illərdir, həsrətini çəkdiyi ata-anasını da saraya dəvət edir. Saraya gəldikdə onları ən gözəl şəkildə qarşılayır və sonra da (məalən) belə deyir: "İnşallah (hər şeydən) əmin olaraq Misirə daxil olun!" (Yusuf surəsi, 99)

Burada incəliyə diqqət edək. Yusuf əlleyhissəlam bu günkü dillə desək, dövlət naziri və ya baş nazır vəzifəsindədir. Lakin o, öz məqamına (vəzifəsinə), öz gücünə deyil, yalnız Allahın iradəsinə bel bağlayır, Ona güvənib arxalanır. Allahın diləyini əsas sayır. Bu, onun Allaha imanının, etimad və təvəkkülünün əksidir. Başda Nəbilər Sultanı Sevgili Peyğəmbərimiz olmaqla bütün hər addım başında "İnşAllah" deyib Allahın iradəsinə tam təslim olmuşlar. Biz də onların yolu ilə getməli deyilikmi?
Rəbbimiz bizləri daim razı olduğu işlərə yönəltsin. Yanlış arzulara düşüb Onun diləyinə zidd hərəkət etməkdən qorusun.
(səs: 3)
Şərhlər: 9
Baxılıb: 1999
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Şərh sayı: 8722
Xəbər sayı: 208
Narminovski
INSALLAH
4 fevral 2014 18:26
9
Şərh sayı: 16636
Xəbər sayı: 2937
arzum-aysum
men de her ne etmek isteyiremse mutleq bu kelmeni isledirem, min sukur ki, Tanri her zaman yanimda olub
2 fevral 2014 21:45
8
Qarşına ümüdlə bax, arxana şükürlə, yuxarıya imanla, ətrafına hörmətlə...
Şərh sayı: 8819
Xəbər sayı: 0
ece uslu
en cox iwletdiyim kelmedi
2 fevral 2014 20:48
7
Şərh sayı: 80979
Xəbər sayı: 30
BARBI
bu kelmeni belke gunde sayamayacagim qeder cox isledirem.
2 fevral 2014 09:22
6
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Şərh sayı: 72548
Xəbər sayı: 1
vipbetul
beli her etdiyimimiz emelde her atdiqimiz atdimda yalniz Rebbimden komek istemeliyik
2 fevral 2014 02:07
5
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Şərh sayı: 4833
Xəbər sayı: 628
_cennet_meleklerim_
Tesekkurkler canim ALLAH razi olsun...
1 fevral 2014 23:31
4
❀✿❀ `- Məni məndən öyrən,Hər kəsə eyni deyiləm...❀✿❀
Şərh sayı: 15186
Xəbər sayı: 995
Antikvar
tesekkurler heqiqetende men nese elemek istesem birinci novbede insallah deyirem ,eger niyyet tutsam o is alinmaz
1 fevral 2014 23:18
3
Dinləməyi sev-Danışmağı yox...Ağıllı olmağı sev-Ağıl verməyi yox...Özünü ailəni sev-özgəsini yox..Vaxt gələr elə zərbələr alarsan ki,göz yaşlarıyla bərabər niyə belə oldu?Sualları ürəyini ağrıdar....


İmza:Antikvar
Şərh sayı: 5911
Xəbər sayı: 283
tek umidim sen
tewekkur canim
1 fevral 2014 23:04
2
Şərh sayı: 6181
Xəbər sayı: 117
Zeynuş
tesekkur
1 fevral 2014 23:02
1
Agaca dayanma çürür,insana güvenme ölür.Aç ellerini Rabbine seni bir tek O görür.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Qadın testləri