Hədis dəryasından incilər

Müəllif: Wiyinka
Şərhlər: 7
Baxılıb: 2028
Səs ver:
(səs: 3)
 
 İslam müqəddəslərinin hər bir kəlamı dərin mənaya malikdir. Bu kəlamlar müsəlmanın həyatına işıq tutur, hər vəziyyət qarşısında nə etməli olduğunu ona başa salır, çətinliklər zamanı ona ümid verir, dünyada və axirətdə xoşbəxt olmağın yollarını öyrədir.
 
Dünya və axirətdə xeyir qazanmağın yolu

İmam Əli (ə) buyurur ki, bir nəfər Həzrət Mühəmməd Peyğəmbərin (s) hüzuruna gəlib dedi: "Mənə elə bir şey öyrət ki, onu etməklə Allahın sevimlisi olum, insanlar da məni çox sevsinlər. Allah mal-dövlətimi artırsın, canımı sağlam etsin, ömrümü uzatsın, qiyamət günündə də Səninlə birlikdə məhşərə gətirilim”.

Peyğəmbər buyurdu: "Altı xasiyyət altı xasiyyətə möhtacdır. Əgər Allahın sevimlisi olmaq istəyirsənsə, Ondan qorx və Onun hökmlərinə münasibətdə təqvalı ol. Əgər camaatın səni sevməsini istəyirsənsə, onlara yaxşılıq et, onların əlində olanlardan gözünü çək. Əgər istəsən ki, Allah mal-dövlətini çoxaltsın, onu haramdan təmizlə (zəkatını ver). Əgər istəsən ki, Allah bədənini sağlam etsin, bunun üçün verdiyin sədəqələri artır. Əgər istəsən ki, Allah ömrünü uzatsın, qohum-əqrəba ilə mehriban ol. Əgər qiyamətdə mənimlə birlikdə məhşərə gəlmək istəyirsənə, vahid və qəhhar Allahın qarşısında ibadət edərkən səcdələri uzat”.

(Səfinətül-Bihar, I, 599). 

Altı neməti altı yerdə axtarın 

Allah-təala Həzrət Musa Peyğəmbərə (ə) vəhy etdi: "Ey Musa! Altı neməti altı yerdə gizlətdim. İnsanlar onları tamam başqa yerlərdə axtarırlar, amma heç vaxt orada tapa bilməzlər.

Rahatlığı cənnətdə yerləşdirdim, insanlar isə onu dünyada axtarırlar.

Elm və biliyi aclıqda və çalışqanlıqda qərar verdim, amma insanlar onu toxluqda axtarırlar.

Hörmət-izzəti gecələr oyaq qalıb ibadət etməkdə gizlətdim, onlar isə sultanların qapısında axtarırlar.

Ucalığı və məqamı təvazökarlıqda yerləşdirdim, insanlar onu təkəbbürdə axtarırlar.

Duaların qəbul olma şərtini halal loğmada qərar verdim, insanlar isə onu boş-boş danışıqlarda axtarırlar.

Ehtiyacsızlığı qənaətdə gizlətdim, amma insanlar onu mal-dövlətin çoxluğunda axtarırlar və heç vaxt orada tapa bilməzlər”.

(Müstədrəkül-Vəsail, XII, 173).

Ölüyə nə fayda verər? 

İmam Cəfər Sadiq (ə) buyurub:

"Mömin vəfat edəndən sonra altı xüsusiyyət ona fayda verər: onun üçün istiğfar edən (günahlarının bağışlanması üçün Allaha dua edən) əməlisaleh övlad, oxuduğu Quran, qazdığı su quyusu, əkdiyi ağac, sədəqə olaraq verdiyi (yəni müsəlmanlara vəqf etdiyi) bulaq və ondan yadigar qalan, camaat tərəfindən davm etdirilən gözəl adət-ənənə”.

(Biharül-ənvar, cild 71, səh. 257).
(səs: 3)
Şərhlər: 7
Baxılıb: 2028
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Şərh sayı: 10331
Xəbər sayı: 340
Qlamurr
cox sag ol baci,gozel movzuya toxunmusan,Allah bizleri islah etsin.
24 yanvar 2014 21:47
7
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
Şərh sayı: 8726
Xəbər sayı: 208
Narminovski
Cox sagol canim
23 yanvar 2014 22:46
6
Şərh sayı: 8819
Xəbər sayı: 0
ece uslu
allah razi olsun tesekurler canim
23 yanvar 2014 19:56
5
Şərh sayı: 72548
Xəbər sayı: 1
vipbetul
bu cur hedisler kelamlar cox verinki biz insanlar oxuyaq nese elde ede bilek bunlari oxumaqla bizler cox sey qazanmis elde etmis oluruq,esasi biri hec olmasa ilisib yaddasimizda qalirda onu calisiriq ki emel edek ele bununda boyuk xeyiri savabi vardir,her defe birdene birdene olanda gorun ne qeder biz insanlar duz yolu tapmis oluruq hele en minimum gotururem
23 yanvar 2014 12:30
4
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Şərh sayı: 80991
Xəbər sayı: 30
BARBI
hedis oxmuagi cox sevirem.
23 yanvar 2014 12:18
3
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Şərh sayı: 15186
Xəbər sayı: 995
Antikvar
Tamile raziyam.Men bele bir seir yazmisdim:
Yaxsiliq etginen seninle olsun
Yatdigin yerinde ruhun sad olsun
23 yanvar 2014 12:07
2
Dinləməyi sev-Danışmağı yox...Ağıllı olmağı sev-Ağıl verməyi yox...Özünü ailəni sev-özgəsini yox..Vaxt gələr elə zərbələr alarsan ki,göz yaşlarıyla bərabər niyə belə oldu?Sualları ürəyini ağrıdar....


İmza:Antikvar
Şərh sayı: 6181
Xəbər sayı: 117
Zeynuş
tesekkur
23 yanvar 2014 11:14
1
Agaca dayanma çürür,insana güvenme ölür.Aç ellerini Rabbine seni bir tek O görür.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Qadın testləri