Çirkin qəlbə mələklər daxil olmaz

Müəllif: Mr. OffiCeR
Şərhlər: 9
Baxılıb: 3037
Səs ver:
(səs: 2)
Həm şiə, həm də əhli-sünnə mənbələrində mövcud olan hədisə görə, Həzrət Mühəmməd Peyğəmbər (s) buyurub: "İçində it olan evə mələklər daxil olmazlar” (Müsnədü Əhməd ibn Hənbəl, IV, 28; Şeyx Səduq. Mən la yəhzürühül-fəqih, I, 159).

Bu hədisdən alacağımız ən birinci ibrət onun zahiri mənasıdır. Yəni hansı evin içində - insanlarla bir otaqda it də varsa, o evə mələklər girməzlər. Mələklərin bir evə girmələri – o evin sakinlərinə Allahın mərhəmətini, lütfünü, xeyir-bərəkətini gətirmələri, onları bəlalardan qorumaları mənasını verir. Mələklərin bu evə daxil olmaması isə bu nemətlərdən məhrum qalmaq deməkdir.

Hədisin zahiri mənasından əlavə, batini və rəmzi mənası da vardır. Məşhur İslam alimi Molla Əhməd Nəraqi "Meracüs-səadət” kitabında bu hədisi çox gözəl bir şəkildə şərh edir. Məlumdur ki, hədislərdə möminin qəlbi müqəddəs Kəbə evinə bərabər, hətta ondan da üstün tutulub. Hədisi-qüdsiyə görə Allah-təala buyurub: "Mən nə yerə, nə də səmaya sığaram. Yalnız mömin bəndəmin yumşaq və aram qəlbinə yerləşərəm”. Bir gün səhabələr Həzrət Mühəmməd Peyğəmbərdən (s) soruşdular: "Allah haradadır: yerdə ya göydə?” Cavab verdi: "Allah öz mömin bəndələrinin qəlbindədir”.

Kəbəni uçurmaq, insanları öldürmək nə qədər böyük günahdırsa, möminin qəlbini qırmaq da bir o qədər dəhşətli günahdır: "Hər kim haqsız yerə fəqir mömini incitsə, on dəfə Kəbəni dağıtmış və Allah dərgahına ən yaxın olan min mələyi öldürmüş kimidir” (Deyləmi. İrşadül-qülub iləs-səvab, I, 194).

Nəraqi öz kitabında qəlbi evə bənzədir; çünki Kəbə də bir bina və Allahın evi sayılır. Qəlbdəki pis fikirlər, günah duyğular, xəbis niyyətlər çirkin köpəklər kimidir. Zatən nəcəs olan köpək dəydiyi hər yeri, ağız sürtdüyü hər şeyi murdar etdiyi kimi, haram fikirlər də bütün qəlbi murdarlayır, pak və ülvi duyğuların üzərinə kölgə salır. Mələklər it olan evə girməzlər. Belə olan halda, ilahi elm və maarifi, kəşfü kəraməti daşıyan və mömin qəlblərə ötürən mələklər çirkin qəlbə yaxın düşərlərmi?

İmam Əli ibn Əbu Talib (ə) buyurub: "Pak bəndələrin qəlbi Allahın nəzərgahıdır. Hər kim qəlbini təmiz saxlasa, Allah ora nəzər salar”. Allahın qəlbə nəzər salması o deməkdir ki, elm və irfanı, kəşf və ilhamı qəlbə daxil edir, qəlbə aramlıq (səkinə) bəxş edir, qəlbdəki imanı artırır, öz mərhəməti barədə ümidlə qəlbi doldurur. Peyğəmbərimiz bunu nəzərdə tutaraq buyurmuşdu ki, əgər şeytanlar Adəm övladlarının qəbində dolaşmasaydı, onlar (insanlar) mələklər aləmini görə bilərdilər. Başqa bir hədisdə buyurulur ki, əgər qəlbinizin dağınıqlığı və çox danışmağınız olmasaydı, siz də mənim eşitdiyimi, yəni vəhyi eşidərdiniz (Molla Sədra. Şərhü Üsulil-Kafi, 14-cü hədisin şərhi). Əgər insan öz qəlbini pis duyğulardan təmizləməsə, əlbəttə ki, Allah bura öz lütf və mərhəmət nəzərini salmaz. Çünki Allah pak və gözəldir, paklığı və gözəlliyi, pakları və gözəlləri sevir.
(səs: 2)
Şərhlər: 9
Baxılıb: 3037
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Şərh sayı: 8894
Xəbər sayı: 290
Melek5
ele hec daxil olmasin cirkin qelbe allah ozu yaxsi biler kimin qelbine girmek lazimdi Allah razi olsun sizden
10 iyun 2014 21:31
9
❤ﷲAℓhαmdυℓίℓℓαhﷲ❤
Şərh sayı: 15186
Xəbər sayı: 995
Antikvar
Allahim bizi pis qelblerden uzaq tut cunki senin qebuluna pak ve temiz gelmek isteyirem
22 yanvar 2014 14:38
8
Dinləməyi sev-Danışmağı yox...Ağıllı olmağı sev-Ağıl verməyi yox...Özünü ailəni sev-özgəsini yox..Vaxt gələr elə zərbələr alarsan ki,göz yaşlarıyla bərabər niyə belə oldu?Sualları ürəyini ağrıdar....


İmza:Antikvar
Şərh sayı: 10331
Xəbər sayı: 340
Qlamurr
Cox sag olun movzuya gore,maraqliydi.
21 yanvar 2014 22:42
7
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
Şərh sayı: 72548
Xəbər sayı: 1
vipbetul
Allah razi olsun. hec bunlari bilmirdim bilmeyim cox yaxsi oldu
21 yanvar 2014 20:20
6
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Şərh sayı: 8819
Xəbər sayı: 0
ece uslu
allah razi olsun
21 yanvar 2014 20:13
5
Şərh sayı: 8722
Xəbər sayı: 208
Narminovski
Tesekkurler
21 yanvar 2014 18:18
4
Şərh sayı: 12570
Xəbər sayı: 1394
Wiyinka
Allah bizleri cirkin qelbli insanlardan qorusun
21 yanvar 2014 17:54
3
Şərh sayı: 6181
Xəbər sayı: 117
Zeynuş
eslinde insanlar qelbi temmiz yaraniblar.O qelbi cirkin eden ele insanlarin ozleridir.Meselen minlerle muselman aileler oz evlerinde it saxlayirlar ve bunu xeyirli bir is hesab edirler
21 yanvar 2014 17:54
2
Agaca dayanma çürür,insana güvenme ölür.Aç ellerini Rabbine seni bir tek O görür.
Şərh sayı: 80976
Xəbər sayı: 30
BARBI
cox duz yazilib qelbi cirkin insan en qorxunc insandir.
21 yanvar 2014 17:07
1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Qadın testləri