Məhşər – hər kəsin hesab verəcəyi yer

Müəllif: Mr. OffiCeR
Şərhlər: 9
Baxılıb: 2706
Səs ver:
(səs: 5)
İslam inancına görə, qiyamət günündə bütün insanlar dirildikdən sonra dəstələr halında "məhşər” adlı geniş bir məkana gətiriləcəklər. Orada hər kəs növbə ilə mühakimə olunub ya mükafata, ya da cəzaya layiq görüləcək. Ərəb dilindən tərcüməsi toplantı yeri deməkdir.

Kafirlər qorxudan gözləri bərəlmiş və sifətləri qaralmış halda, ümidsizlik içində məhşərə sürüklənərlər. Onlar yenidən ölüb qəbirlərə qayıtmağı arulayarlar; amma bu istəkləri fayda verməz. Möminlər isə məhşərə daxil olarkən özlərini itirməz, əksinə sevinərlər, onların üzü gülər. Çünki onlar dünyada etdikləri yaxşı əməllərin mükafatını almağa tələsərlər.

Məhşər məhkəməsindən heç kim kənarda qalmayacaq. Həm möminlər, həm də kafirlər sorğu-sual qarşısında duracaqlar. Bu prosesin gedişi və nəticəsi hər insan üçün fərqli olacaq, lakin ümumilikdə heç kəs ədalət sorğu-sualından azad edilməyəcək. Qurani-kərimdə buyurulur: "Peyğəmbər göndərilən ümmətləri sorğu-suala çəkəcək, göndərilən peyğəmbərləri də sorğu-sual edəcəyik” (Əraf, 6).

Məhşərdə peyğəmbərlərin savabını Allah-təala özü hesablayacaq. Sonra Allah peyğəmbərlərə tapşıracaq ki, öz canişinlərinin və sadiq tərəfdarlarının əməlini yoxlayıb, savabını təyin etsinlər. Onlar da öz növbəsində, qalan insanları mühakimə edəcəklər. Əlbəttə,  bunların hamısı Allah-təalanın bilavasitə nəzarəti altında baş verəcək.

Məhşərdə insanın hər bir əməli nəzərə alınıb hesablanacaq. Heç bir pis, yaxud yaxşı əməl kənarda qalmayacaq: "Kim (dünyada) zərrə qədər yaxşı iş görmüşdürsə, onu (onun xeyrini) görəcək (mükafatını alacaq). Kim də zərrə qədər pis iş görmüşdürsə, onu (onun zərərini) görəcək (cəzasını çəkəcək)” (Zilzal, 7-8).

Qədim dünyanın ən hikmətli alimlərindən sayılan Loğmanın oğluna vəsiyyətində deyilirdi: "Oğlum, (dünyada gördüyün hər hansı yaxşı, yaxud pis iş) bir xardal dənəsi ağırlığında olsa da, bir qayanın içində, yaxud göylərdə və ya yerin təkində olsa da, Allah onu (qiyamət günü) ortaya gətirər. Həqiqətən, Allah lütf sahibidir, (hər şeydən) xəbərdardır” (Loğman, 16).

Məhşərdə yalan danışmaq, bəhanə gətirmək, cəzadan qaçmaq mümkün olmayacaq. Çünki hamıdan elmli olan Allahı aldatmaq, hamıdan qüdrətli olan Allahın hökmündən qaçmaq olmaz: "Məhz o gün insan: «Qaçıb can qurtarmağa yer haradadır?” – deyəcək. Xeyr, (o gün) heç bir sığınacaq olmayacaq! O gün duracaq (pənah aparılacaq) yer ancaq Rəbbinin hüzurudur” (Qiyamət, 10-12).

Məhşərdə hər şey göz qabağında olacaq. Hər kəsin günahları və savabları başqalarının gözü qabağında açıq-aşkar üzünə söylənəcək, müttəhimə müdafiə olunmaq və öz əməllərinin səbəbini izah etmək imkanı veriləcək. Məhşər məhkəməsində şahidlər kənardan gətirilməyəcək. İnsanın öz beyni – çəkdiyi planları, əli – etdiyi xəyanətləri, dili – danışdığı yalanları, gözü – görüb susduğu cinayətləri etiraf edəcək: "Qiyamət günü dilləri, əlləri və ayaqları etdikləri əməllər barəsində onların əleyhinə şəhadət verəcək” (Nur, 24).

İlahi məhkəmənin ədalət və düzgünlüyü aşağıdakı rəvayətdə aydın görünür: Bir gün Həzrət Mühəmməd Peyğəmbər (s) səhradan keçərkən çox ağır yüklənmiş bir dəvə gördü. Dəvənin yükü elə ağır idi ki, güclə hərəkət edirdi. Peyğəmbər dəvəni səhabələrə göstərib buyurdu: "Bu heyvanın sahibi onu incitdiyinə görə məhşərdə cavab verməli olacaq”.

Qurani-kərimdə buyurulur ki, məhşərdə günahkar insan cəzadan can qurtarmaq naminə öz oğlunu, arvadını, qardaşını, qəbiləsini və hətta bütün bəşəriyyəti qurban verməyə razı olar (Məaric, 11-14). Lakin bu, mümkün deyil; çünki Allahın ədalət məhkəməsində heç kəs başqasının cəzasına görə cavab verməz və öz günahını da başqasının boynuna yıxa bilməz. Hər kəsin barəsində doğru-düzgün hökm çıxarılar. İslam Peyğəmbəri buyurub: "Qiyamət günü kafir şəxs Allahın hüzuruna gətirilərkən ondan soruşular: "Əgər indi bir dünya dolusu qızılın olsaydı, özünü xilas etmək üçün verərdinmi?” O, təsdiq edib: "Bəli, verərdim” – deyər. Bu zaman həmin kafir şəxsə belə deyilər: "Biz bundan da asan bir işi – İslam dinini qəbul etməyi səndən istəmişdik”.
(səs: 5)
Şərhlər: 9
Baxılıb: 2706
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Şərh sayı: 5911
Xəbər sayı: 283
tek umidim sen
tewekkurler...
5 fevral 2014 22:28
9
Şərh sayı: 10331
Xəbər sayı: 340
Qlamurr
Insan olduyu gunden onun qiyameti bawlayir,hec kim bilmir hara duwecek,caliwaq emellerimizi duz olsun ki,o gunde emel defterimiz sag elimize verilsin.Allah merhemetlidir,bagiwlayandir,in
wallah bizim de gunahlarimizi bagiwlayar.
22 yanvar 2014 22:42
8
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
Şərh sayı: 8819
Xəbər sayı: 0
ece uslu
rebbim butun gunahlarimizi bagislayib ibadetlerimizi qebul etsin AMIN!
22 yanvar 2014 19:30
7
Şərh sayı: 12570
Xəbər sayı: 1394
Wiyinka
Ebedi deyil bu fani dunya.Her weyin bir sonu oldugu kimi,elbet bu dunyaninda bir sonu var.Lakin ele son ki,dunyada etdiyin sehflerin,gunahlarin hamisi bu sonda senden soruwulacaq.Insanlar bu dunyaya o biri dunyani,axireti,cennet ve cehennemi qazanmaq ucun gelir.Hami cennete getmek isteyir,ancaq olmek istemir.Olum qorxulu deyil,egerbu dunyadan temiz,saf,gunahsiz koceceksense.Ele yawayaq ki bu dunyani o biri dunyaya layiq olaq.Allah her kese cenneti gormeyi nesib eyler inwallah.
22 yanvar 2014 18:31
6
Şərh sayı: 6181
Xəbər sayı: 117
Zeynuş
Gunahsiz insan yoxdu.Her kesin etdiyin bir gunag var.Allah bizlere sans verir.Biz mehser gunue kimi o sansdan istuifade edib etdiyimiz gunahlarin qarsiliginda yaxsiliq etmeliyik.Qirdigimiz qelblere gore ozumuzu bagislatmaliyiq.Ebedi oan bu dunya deyil axiretdir
22 yanvar 2014 15:33
5
Agaca dayanma çürür,insana güvenme ölür.Aç ellerini Rabbine seni bir tek O görür.
Şərh sayı: 5911
Xəbər sayı: 283
tek umidim sen
allahim gunahlarimizi bagiwla...
22 yanvar 2014 14:32
4
Şərh sayı: 72548
Xəbər sayı: 1
vipbetul
ALlaha qurban olum,teki yerimiz Cennetlik olsun Amin insallah
22 yanvar 2014 14:05
3
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Şərh sayı: 80986
Xəbər sayı: 30
BARBI
orda her kes eynidir her kes hesab vermelidir.
22 yanvar 2014 13:39
2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Şərh sayı: 8726
Xəbər sayı: 208
Narminovski
Cok korktum yaaaa((
22 yanvar 2014 12:37
1

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Qadın testləri