Peyğəmbərin nəsihətləri

Müəllif: Wiyinka
Şərhlər: 6
Baxılıb: 7 200
Səs ver:
(səs: 6)
 
İbn Abbas demişdir: "Bir gün Allah Elçisi -salləllahu aleyhi və səlləm - mənə buyurdu:
"Oğul, gəl sənə bəzi şeyləri öyrədim. Allahıqoru, Allah da səni qorusun. Allahı qorusan, Onu
qarşında taparsan. İstədikdə, yalnız Allahdanistə, kömək dilədikdə, yalnız Allahdan kömək dilə.
Bil ki, insanlar sənə fayda vermək üçün biryerə toplansalar belə, sənə Allahın yazdığından
başqa bir fayda verə bilməzlər. Həmçinin sənəzərər vermək üçün bir yerə toplansalar belə,
sənə Allahın yazdığından başqa bir zərər verəbilməzlər. Artıq qələmlər qaldırılmış və səhifələr qurumuşdur.
” Əbu Hureyra rəvayət edir ki, bir dəfə bir nəfərPeyğəmbərin - salləllahu aleyhi və səlləm -
yanına gəlib: "Mənə nəsihət et!” - dedi.
Peyğəmbər buyurdu: "Qəzəblənmə!” Adamdediyini bir neçə dəfə təkrar etdi. 
Peyğəmbərbuyurdu: "Qəzəblənmə!” Abdullah ibn Amr ibn əl-As demişdir: "Muaz ibnCəbəl səfər etmək istədi və dedi: "Ey Allahın
peyğəmbəri, mənə nəsihət et?”
O buyurdu:"Allaha heç bir şeyi şərik qoşmadan ibadət et!”
Muaz dedi: "Ey Allahın Peyğəmbəri, mənə yenənəsihət et!”
O buyurdu: "Pislik etdikdə yaxşılıq et!” Muaz dedi: "Ey Allahın Elçisi, yenə nəsihət et!” 
O buyurdu: "Düz ol və əxlaqını gözəlləşdir!” Həmçinin, Peyğəmbər demişdir: "Harada olsanAllahdan qorx! 
Günah etdikdə ardınca yaxşılıq et ki, onu silsin və insanlarla gözəl əxlaqla davran!”
(səs: 6)
Şərhlər: 6
Baxılıb: 7 200
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri