Övladın anaya verdiyi dərs

Müəllif: Wiyinka
Şərhlər:
Baxılıb: 1617
Paylaş:
Səs ver:
(səs: 1)
Türkan xanım dindar bir ailədə böyümüşdü. Anası hər fürsətdə ona və qardaşlarına namaz qılmalarını söyləyər, hətta əsəbləşərək onlara xəbərdarlıq edərdi.

Türkan xanım namazın qılınması lazım olduğuna inanır, amma yenə də qılmazdı, çünki qılmaq nəfsinə çətin gəlirdi. Bəzən başlayır, sonra tərk edərdi.

Evləndi və uşaqları oldu. Anası hər gəldiyində eyni şəkildə namaz qılmaları üçün xəbərdarlıq etməyi davam etdirir, o da təkidlə qılmamağa davam edirdi.

Çox istəməsinə baxmayaraq heç cür nəfsinə qalib gələ bilmirdi. Bir gün yoldaşları onlara qonaq gəldi. Onlardan biri anasını da gətirmişdi. Xala elə şirin danışırdı ki, onu dinləyən saatlar keçsə usanmazdı. Xala bir ara namaz mövzusuna toxundu.

O izah edərkən, Türkan xanım anasını xatırlamış və anasının köhnə günlərdəki namaz xəbərdarlıqlarını düşünürdü. Indi də xalanı zövqlə dinləyirdi.
Türkan Xanımın kiçik oğlu Zəkəriyyə, dörd yaşında idi. Oynadığı oyunu buraxmış, xalanın oturacağı dibində iki əlini yumruq edib üzünə söykəmiş bir şəkildə, tərpənmədən dinləyirdi. Bir azdan mətbəxdən bir səs-küy gəldi. Arxasından da oğlunun qışqırığı eşidildi.

Təlaşla mətbəxə qaçdı Türkan xanım.Oğlu bir kürsü qoyaraq əlüzyuyana çıxmışdı. Bir ayağı əlüzyuyanın içində, digəri isə çöldə idi.Kürsü aşmış oğlu da əlüzyuyanın kənarında qorxmuş bir şəkildə asılı dururdu. Qaçıb qucağına götürdü.Su içəcəyini zənn edərək:"İstəsəydini mən verərdim balam, ya düşüb bir yerinə zərər versəydin" deyə təlaşla qışqırdı.

Türkan xanım oğlunun verdiyi cavabı, uzun illər keçməsinə baxmayaraq hələ də unuda bilmir çünki, belə demişdi uşağı:

"Ana, mən dəstəmaz alacaqdım. Xala dedi axı, namaz qılmayanlara Allah cəza verəcək. Mən də, sən cəza almayasan deyə sənin yerinə namaza başlayacaqdım."

O an Türkan xanım, təpədən dırnağa titrədiyini hiss etdi. Allah, illərcə namaz qılmayan Türkan Xanıma oğlunun davranışıyla müdhiş bir dərs vermişdi. Balasına sarılıb dəqiqələrlə ağladı...

loading...
(səs: 1)
Şərhlər:
Baxılıb: 1617
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri

Aylıq arxiv