Allahın ən çox sevdiyi və ən çox qəzəbləndiyi adamlar kimdir?

Müəllif: Miss_Oxatan
Şərhlər: 6
Baxılıb: 4 336
Səs ver:
(səs: 2)

 

Əbuzər Ğifari rəvayət edir: Həzrət Mühəmməd Peyğəmbər (s) buyurub ki, Allah-təala üç nəfəri hamıdan çox sevər və üç nəfərə hamıdan artıq qəzəblənər. Allahın ən çox sevdiyi üç nəfər bunlardır:


Birincisi, bir nəfər bir qövmün (camaatın) yanına gəlib, aralarındakı yaxınlığa (qohumluğa) görə deyil, yalnız Allah rızasına öz ehtiyacını istəyər. Amma camaat ona istədiyini verməz. Bu zaman adamların arasından biri hamıdan gizli şəkildə o adamın ehtiyacını ödəyər. Bunu elə gizli şəkildə edər ki, Allahdan və yardım etdiyi şəxsdən başqa heç kim bilməz. Yardım edən bu xeyirxah adamı Allah hamıdan çox sevər.

İkincisi, o adam ki, bir karvanla səhrada uzun yol gedər. Gecə olcaq, dincəlmək üçün köç salarlar. Hamı yuxuya möhtac halda yorğun düşüb yatar. Amma aralarından biri yorğun və yuxusuz olmasına baxmayaraq, ona olan nemətləri yada salaır, Allahın ayətlərini ozuyub ibadət edər.

Üçüncüsü, o adam ki, hərbi yürüşə qatılar. Onun dəstəsi düşmənlə qarşılaşar və məğlub olar. Amma o, gücü tükənincəyə və şəhid oluncaya kimi təkbaşına düşmənlə savaşar.

Allahın ən çox qəzəbləndiyi və xoşlamadığı üç nəfər isə bunlardır:

Birincisi, zina edən ahıl adam.

İkincisi, təkəbbürlü fəqir (kasıb).

Üçüncüsü, zülm edən zəngin.

Allahın mərhəməti hədsizdir

Ömər ibn Xəttab rəvayət edir ki, bir dəfə döyüşdə ələ keçirilmiş əsirləri Peyğəmbərin hüzuruna gətirdilər. Əsirlərin arasında bir qadın vurnuxub nəsə axtarırdı. Nəhayət, sakit olanda gördük ki, körpəsini axtarırmış. Uşağı sinəsinə sıxıb əmizdirməyə başladı. Allahın Rəsulu o qadını bizə göstərib soruşdu: "Necə düşünürsünüz, bu qadın öz əlləri ilə körpəsini alovun içinə atarmı?” Biz təəccüblə cavab verdik: "Əlbəttə ki, yox! Əlində imkan olduğu qədər buna mane olar”. Peyğəmbər buyurdu:"Bilin ki, Allahın öz bəndələrinə mərhəməti, bu qadının öz körpəsinə mərhəmətindən daha çoxdur” (Yəni Allah da öz yaratdığı bəndələrini cəhənnəmə atmaq istəməz, amma insanlar Allahın rəhmətindən sui-istifadə edib günaha qərq olar və özlərini cəhənnəmlik edərlər).

Borcu qaytarmaq və qəm-qüssədən xilas olmaq üçün dua

Əbu Səid Xüdri rəvayət edir ki, bir dəfə Allahın Rəsulu məscidə girdi və Əbu Ümamə adlı səhabənin fikirli halda orada oturduğunu gördü. Yaxınlaşıb soruşdu: "Ey Əbu Ümamə! İndi namaz vaxtı deyil. Niyə burada qəmli-qəmli oturmusan?” Əbu Ümamə cavab verdi: "Ey Allahın Rəsulu! Xeyli borcum var, buna üzülürəm. Dərd əlindən məscidə pənah gətirmişəm”. Peyğəmbər soruşdu: "İstəyirsənmi, sənə elə bir dua öyrədim ki, onu oxusan, Allah qəlbindəki qəm-qüssəni yox edər, borcunu qaytarar?”Əbu Ümamə sevincək dedi: "İstəyirəm, ey Allahın Rəsulu!” Peyğəmbər buyurdu: "Hər səhər və axşam vaxtı bu duanı oxu: Allahümmə inni əuzu bikə minəl-hammi vəl-həzən. Və əuzu bikə minəl-aczi vəl-kəsəl. Və əuzu bikə minəl-cübni vəl-büxl. Və əuzu bikə min ğələbətid-deyni və qahrir-rical”.

Tərcüməsi: "Allahım, həqiqətən, qəm-qüssədən, hüzn-kədərdən, acizlikdən və tənbəllikdən, qorxudan və paxıllıqdan, borcun məni üstələməsindən və camaatın əziyyətindən Sənə sığınıram”.

Əbu Ümamə deyir ki, bu duanı bir müddət oxudum. Həm ürəyim açılıb qəm-qüssəm aradan getdi, həm də borcumu qaytardım.

(Hədislər "Səhihül-Buxari”, "Səhihü Müslim”, "Sünənü Əbu Davud”, "Sünənüt-Tirmizi” və "Sünənün-Nəsai” kitablarındandır).
(səs: 2)
Şərhlər: 6
Baxılıb: 4 336
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri