Hansı andlar düzgün sayılır? Nəyə and içmək olar?

Müəllif: Miss_Oxatan
Şərhlər:
Baxılıb: 3434
Paylaş:
Səs ver:
(səs: 2)
Şəriətdə andın iki tərəfi vardır. Birincisi, insanın hər hansı hadisəni təsdiq və ya inkar etmək üçün içdiyi anddır. İkincisi budur ki, insan nəyi isə edəcəyinə və ya etməyəcəyinə söz verib and içir.

Birinci andın şəriət hökmü yoxdur. Yəni bir şeyi təsdiq və ya inkar etmək üçün yalandan and içən adamın boynuna cərimə gəlməz. Amma o günahkar sayılır və əməlinə görə tövbə etməlidir.

İkinci növ andın şəriətdə nəzərdə tutulan hökmləri vardır, bu andı pozan adam kəffarə verməlidir. Kəffarə haqqında şəriət kitablarında ətraflı yazılıb. Burada yalnız Allahın adına içilmiş andlar düzgün sayılır. Qurana, çörəyə, işığa, valideynin qəbrinə and içmək and hökmünü daşımır. Yəni bu cür şeylərə and içəndən sonra onu pozmaq kəffarəyə səbəb olmaz. Amma əgər bilavasitə Allahın adına deyil, Onun ad və sifətlərindən birinə and içilərsə, bu da düzgün sayılır. Məsələn, insan "Yeri-göyü yaradana and olsun”, "Bizi yaradana and olsun” və s. bu kimi ibarələrlə and içsə, gərək andını qorusun; əgər andını pozsa, gərək kəffarə versin.

loading...
(səs: 2)
Şərhlər:
Baxılıb: 3434
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri

Aylıq arxiv