Nəfsi ilə mübarizə aparan kafir

Müəllif: KRALİCEM
Şərhlər: 6
Baxılıb: 5 651
Səs ver:
(səs: 3)
Bir nəfər Mədinəyə gəlir və camaata deyir: "Mən sizin həyatınızdan xəbər verə bilərəm”. Onunla əlaqədə olan insanlar öz həyatlarına aid xəbərləri soruşurlar və o, da deyir. Ancaq düz deyir. Bu məsələni İmam Kazıma (ə) bildirdilər: "İmansız və müsəlman olmayan bir şəxs Mədinəyə gəlib, insanlara həyatlarından xəbər verir”.

Həzrət (ə) onunla görüşdü və insanların içində buyurdu:
"Nə etmisən ki, bu hala düşmüsən və gizlicə yol tapmısan?”. Həmin adam Həzrətə (ə) dedi: "Çox şey istəmişəm və istəklərimlə müxalifətlik etmişəm. İstəklərim qarşısında səbir etmişəm və onların ardınca getməmişəm, istər acı olsun, istərsə də çətin”.

Həzrət (ə) buyurdu:
"Düzdür ki, bu cür elm kiçik müddətdə çəkdiyin səbir və istəklərinə müxalifətliyinə görə nəsibin olmuşdur. Bu məsələ düzdür. Çünki mehriban Allah heç bir kəsin əməliyini zay etməz. Hətta əgər Allahla olmayıb, Ona qarşı çıxanlara belə. Çəkdiyin əziyyətlərə və səbrə görə haqdır ki, sənə bu cür mükafat verilsin. Ancaq müsəlman olmaq istəyirsənmi?”. Dedi: "Xeyr, müsəlman olmağa heç bir əlaqəm yoxdur”. Həzrət (ə) buyurdu: "Nəfsinlə mübarizə apar və müsəlman ol! Sən ki, nəfsinlə müxalifətlik etməyi bacarırsan. Batinin deyir müsəlman olma, ancaq batininlə cihad edib, müsəlman ol!”. Həmin adam deyir: "Baş üstə”. Beləliklə, həmin kafir insan, İmam Musa ibni Cəfərin (ə) yanında müsəlman olur. İslam qanunlarını öyrənəndən sonra bir nəfər yanına gəlir və deyir ki, həyatımın xəbərlərini mənə ver. Nə qədər fikirləşirsə, görür ki, heç bir xəbər ağlına gəlmir. İmamın (ə) yanına gəlir və deyir: "Ya Allahın Rəsulunun övladı! O zaman ki, dinsiz idim, gələcəkdən xəbər verə bilirdim, ancaq indi ki, dindar olmuşam, heç bir xəbər verə bilmirəm. Bəs dindarlığımızın muzdu nədir?”.

Həzrət (ə) buyurdu:
"Sənin müsəlman olmağının muzdu bu dünyaya sığışmaz. Sənə verməli olduqları mükafatı bu dünyada vermək mümkün deyildir”. Həmin adam deyir: "Qiyamətə qədər səbir edəcəyəm ki, müsəlman olmağımın mükafatını aləmlərin Pərvərdigarından alım”.
(səs: 3)
Şərhlər: 6
Baxılıb: 5 651
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri