Müsəlman Qadının İdealları Böyükdür

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 2 583
Səs ver:
(səs: 1)

http://imgs.su/tmp/1316233155-656.jpg


Cahiliyyə əxlaqının insanlara qazandırdığı qadın xarakterinin mühüm xüsusiyyətlərindən biri onların dünyagörüşlərinin, ideallarının, düşüncələrinin və həyat tərzlərinin dar çərçivə ilə məhdudlaşmasıdır. Bu xarakteri mənimsəyən qadınlara cəmiyyət tərəfindən müəyyən vəzifə və məsuliyyətlər yüklənilir. Onlardan gözlənilən əslində yalnız bunları ən gözəl şəkildə yerinə yetirməkdir. Bunlardan başqa fərqli ideallara sahib olmaq, ya da fərqli mövzularda özlərini inkişaf etdirmək üçün ümumiyyətlə qadınlara çox imkan verilmir. Qadınlar ancaq bu vəziyyətin mahiyyətini qavradıqda və həyatlarını daha fərqli və daha böyük ideallar üzərində qurmaq ehtiyacını hiss etdikdə özlərini inkişaf etdirib düşüncələrinin sərhədlərini genişləndirə bilərlər.

Qadın üçün nəzərdə tutulan başlıca məsuliyyət ailəsini, evini maddi və mənəvi baxımdan yaxşı idarə edə bilməsi və uşaqlarını tərbiyə etməsidir. Bunlardan başqa qadınların uşaqlıq illərindən etibarən aldığı təlqinlər nəticəsində maraqlandıqları mövzular isə tamamilə özlərinə istiqamətlənmişdir. Bunlar da daha çox saçları, makiyajları, paltarları, dəblə ayaqlaşma, ev təmizliyi, qonaqlıqlar kimi fəaliyyətlərlə məhdudlaşır. Əlbəttə insanın ailəvi məsuliyyətini yerinə yetirməsində, öz ehtiyaclarını ödəməkdə və ya evinin təmizliyi ilə məşğul olmasında heç bir səhv cəhət yoxdur. Səhv olan cəhət, yaşadığı həyatın və boynuna götürdüyü məsuliyyətlərin yalnız bunlarla məhdudlaşması və bunu nə məqsədlə etdiyinin fərqində olmamasıdır.

Allah insanı müəyyən məqsəd üçün yaratmış və daşıdığı məsuliyyəti Quran vasitəsilə insana bildirmişdir. Müsəlman qadın hər şeydən əvvəl özünü yaradan, ona həyat verən, yaşadığı hər an onu qoruyan, nemətlər bəxş edən Rəbbinə qarşı məsuliyyət daşıyır. O, Allahın Quran ilə insanlara bildirdiyi əxlaqı yaşamaqla, Allaha ibadət və qulluq etməklə, Onun razılığını qazanacağı işləri görməklə məsuliyyət daşıyır.

Allah Quranın “Sizə nə olub ki, Allah yolunda və: “Ey Rəbbimiz! Bizi əhalisi zalım olan bu şəhərdən çıxart, bizə Öz tərəfindən bir himayəçi təyin et, bizə Öz tərəfindən bir yardımçı təyin et!”– deyən zəif kişilər, qadınlar və uşaqlar uğrunda vuruşmursunuz? ” (Nisa Surəsi, 75) ayəsiylə insanlara, dünyada çətinlik çəkən, gücsüz insanların vəziyyətini xatırlatmış, onlara kömək etməyin və yol göstərməyin vicdan sahibi insanların öhdəsinə düşdüyünü bildirmişdir.

Allah bir başqa ayədə isə “Allaha ibadət edin və heç bir şeyi Ona şərik qoşmayın! Valideynlərə, qohum-əqrəbaya, yetimlərə, kasıblara, yaxın və uzaq qonum-qonşuya, yol yoldaşına, müsafirə və sahib olduğunuz (kölə və kənizlərə) yaxşılıq edin! Həqiqətən, Allah özünü öyənləri və lovğalıq edənləri sevmir..” (Nisa Surəsi, 36) sözləriylə möminlərin yalnız özlərinə deyil, yetimlərə, yoxsullara, yolda qalmışa, möhtac vəziyyətdə olan insanlara kömək əlini uzatmaqla da məsul olduqlarını xatırlatmışdır.

Müsəlman qadın bütün bu məsuliyyətlərinin şüurunda olan insandır. Buna görə də heç vaxt yalnız öz ehtiyaclarının arxasına düşüb, yalnız özünü maraqlandıran bir neçə məsuliyyəti yerinə yetirib Allahın bildirdiyi bu öhdəliklərə göz yummaz. İdeallarını, düşüncələrini bu şəkildə məhdudlaşdırmaz. Dünyanın hər yerində çətinlik içərisindəki insanların, aclıq çəkən, yolxucu xəstəliklərlə mübarizə aparan, müharibə və qarşıdurma vəziyyətində yaşayan uşaqların, qadınların, yaşlıların bütün çətinliklərini öz problemi kimi düşünüb onları həll etmək üçün əlindən gələn səyi göstərər.

Bundan əlavə gündəlik həyatında qarşısına çıxan məsələlərdə də hər mövzuya layiqincə dəyər verər, əsl məqsədinin Allahın razılığını qazanmaq, Onun bəyəndiyi əxlaqı yaşamaq və digər insanlara da bu həqiqi xoşbəxtliyi yaşatmaq üçün Quran əxlaqını izah etməklə məsul olduğunu bilər. Bu səbəblə də bir çox qadınların gündəlik həyatlarında qarşılaşıb çox əhəmiyyətli gördükləri, gözlərində böyütdükləri dərdləri, insanın əsas məqsədinin yanında nə qədər adi və nə qədər əhəmiyyətsiz mövzular olduğunu bilər və buna görə hərəkət edər.
(səs: 1)
Şərhlər: 0
Baxılıb: 2 583
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri