Kimlər Aldandı?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 2 913
Səs ver:
(səs: 1)
http://imgs.su/tmp/1319113374-656.jpg

Hələ bir izah et Gözəl Dost. Bu dünyada kimlər aldandı..?

- Cəhənnəmi hesaba qatmayan dindar aldandı..!
( Zümər, 47 )

Söylə mənə Can Dostum, kimlər aldandı..?
- Cənnətdəki yerini hazır bilən hər kəs aldandı..!
( Nisa, 123 )

Söylə, başqa kimlər aldandı..?
- Ölüm yoxmuş kimi yaşayan dünyapərəst aldandı..!
( Nisa, 78 )

Gözəl Dost! Daha kimlər aldandı..?
- Əməlinə güvənən abid (çox ibadət edən) aldandı..!

Başqa kimlər aldandı..?
- Saleh əməl işləyirəm sanan riyakar (ikiüzlü) aldandı..!

İzah et Hakim! Sonra kim aldandı..?
- Aləmə nəsihət verib özünü unudan aldandı..!
( Bəqərə, 44 )


Başqa varmı..? Daha kim aldandı..?
- Rəbbini buraxıb, nəfsinə qulluq edən aldandı..!
( Furqan, 43-44 )

Hələ bir izah et Sevimli Dost! Başqa kimlər aldandı..?
- ALLAHın Rəhmətinə güvənib özünü təhlükəyə salan fasiq (günahkar) aldandı..!
( Əraf, 98 )

Hələ davam et, başqa kimlər aldandı..?
- Getdiyi yolun əyriliyindən şübhə etməyən qafil aldandı..!
( Kəhf, 104 )

De mənə! Daha kimlər aldandı..?
- Özünü xidmətdə bilib, ibadətə tükünü belə tərpətməyənlər aldandı..!
( Nisa, 95 )

Söylə.. Söylə, ta ki hər kəs duysun səni..! Hələ, hələ kimlər aldandı..?
- Namazı olmayan aldandı..!
( Müddəsir, 39-43 )

Kim özünü yandırdı, kimlər aldandı..?
- "..Mən bundan sonra xilas ola bilmərəm.." deyən me'yus (ümidsiz) aldandı..!
( Zümər, 53-54 )

Ey Gözəl Xeyirxah! İzah et kim aldandı..?
- "..ALLAH diləməsəydi günahkar olmazdım.." deyən, qədəri yalan sayan aldandı..!
( Zümər, 56-57 )

Ey Bəndə! De mənə daha kimlər aldandı..?
- Kiçik günahlara göz yumanlar aldandı..!

İzah et..! İzah et..! Daha kimlər aldandı..?
- "..İbadət etməməyimə baxmayee, ürəyim təmizdi.." deyən, saleh əməlsiz aldandı..!
( Əsr, 1-3 )

Başqa kim..? Daha kim aldandı..?
- "..Quran oxumaq, Namaz qılmaq, Oruc tutmaq dövrü keçdi artıq,
Bu dövrdə hər şey puldur..!" deyən, zəngin aldandı!
( Təkasur )

Hələ bəhs et..!!! Başqa kim aldandı?

- Yadlardan örtünməyən qadınlar aldandı,
- Şəhvətinə uyan cahillər aldandı,
- Faiz yeyən iblislər aldandı,
- Vaxtını boş-boş keçirən qafillər aldandı,
- Axirətini unudanlar aldandı,
- "..Hələ gəncəm.." deyənlər aldandı,
- Fani olduğunu unudanlar aldandı,
- Başqalarının hicab geyinib günah işlədiyini görən,
özünün hicab geyinməsədə xeyir üstə olduğunu sananlar aldandı..!
- Başqasının namaz qılıb günah işlədiyini görən,
Özünün namaz qılmasada xeyir üstə olduğunu sananlar aldandı..!
- Axirətdə, hərənin özünə cavabdeh olduğunu unudanlar aldandı..!
- Zamanın durmadığını, unudanlar aldandı..!
- Əcəlin vaxtsız gəldiyini unudanlar aldandı..!
- Quranı bir kərədə olsun oxumayanlar aldandı..!
- Haqqa göz yumanlar aldandı..!

Daha Kimlər aldandı..?
- Bunu oxuyub, nəticə çıxarmayanlar aldandı..!

 

(səs: 1)
Şərhlər: 1
Baxılıb: 2 913
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri