Gözəl əxlaqlı insan meyvəli ağaca bənzər

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 2 915
Səs ver:
(səs: 1)
 

alt


Ən gözəl əxlaq peyğəmbərimizin əxlaqıdır, Quran əxlaqıdır.

Quranda buyurulur ki, Allah-Təala Həzrəti Məhəmmədi gözəl əxlaqı tamamlamaq üçün dünyaya göndərmişdir. Əslində bütün səmavi dinlərdə əxlaq məsələsi ən öndə gələn amillərdəndir. Təbii ki, dövrlər keçdikcə həmin səmavi kitablar təhrif edilmiş, əxlaqda da müəyyən deformasiyalar müşahidə olunmuşdur. Tarixdən bir gerçək də var ki, hər hansı toplumun gücü, xoşbəxtliyi onun əxlaqı ilə üzvi şəkildə bağlıdır. Peyğəmbərlərin həyatına diqqət yetirəndə aydın görünür ki, hər hansı bir toplum, qövm, cəmiyyət doğru yoldan azandan sonra Allah-Təala onlara bəla göndərir. Kim bilir, bəlkə, taxılın sünbül tutması, ağacın meyvə gətirməsi, arının bal toplaması da o coğrafiyadakı insanların əxlaqı ilə bağlıdır. Çünki bu saydıqlarımız hamısı nemətdir, Allah-Təalanın insanlar üçün yaratdığı sərvətlərdir. Təbii ki, insan yolundan azdıqca nemətin də bərəkətinin çəkilməsi tarixdə az görünməyib.
İslam əxlaqı insana sevgini, Allaha itaəti əsas tutur. Təbii ki, qəlbindən Allaha bağlı olan insan nə ətrafındakı insanlara, nə ağaca, nə quşa qarşı haqsızlıq edər. Yüksək əxlaqlı insan başına gələn hər şeyin Allahdan gəldiyini və onun üçün bir sınaq olduğunu anlayar.
Yüksək əxlaq sahibi insanlar dostdan gələn hər cəfaya qatlanar, zülmlə qarşılıq verməz, ədalət və mərhəmət prinsipini əsas tutar, zalımın, haqsızın islah olunması üçün Allah-Təalaya dua edər.
Bəxtiyar insan odur ki, Quranın əsaslarını özünə rəhbər və həyat prinsipi qəbul edər, Rəsuli Əkrəmin (s.ə.s.) sünnəti-sənyəsini yaşamağa çalışar.
(səs: 1)
Şərhlər: 1
Baxılıb: 2 915
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri