Bu gün imam Məhəmməd Təqinin (ə), müsəlmanların 9-cu imamının mövlud günüdür.
İmamın
məşhur ləqəblərindən biri Cavaddır.İslam.az-ın məlumatına görə, imam
Məhəmməd Təqi (ə) hicri 195-ci ildə dünyaya Mədinə şəhərində göz açıb.
Cəmi 25 il ömrü olan imam Cavad (ə) 17 il müsəlmanlara rəhbərlik edib.
Atası imam Riza (ə) Məmun tərəfindən şəhid edildikdə imam Məhəmməd
Təqinin (ə) cəmi 8 yaşı olub.
Rəvayətlərə görə, kiçik olmasına
baxmayaraq, imam Cavad (a) atası şəhid edildikdən sonra, onu elə həmin
gün Xorasanda Məmunun sarayında ziyarət edib. Hazırda Məşhəd şəhərindəki
imam Rizanın (ə) ziyarətgahına aparan qapılardan biri bu hadisəyə işarə
edərək "Bab ul-Cavad" (Cavad qapısı) adlanır.
İmam 220-ci hicri-qəməri ilində
Mötəsimin əmri ilə zəhərlənib şəhid edilib. İmam Məhəmməd Təqi (ə)
Bağdadın Qüreyş qəbristanlığında babası İmam Kazimin (ə) məzarının
yanında dəfn edilib.
Bu mübarək gündə bütün dünya müsəlmanlarını təbrik edirik, onlara Qurandan və Əhli-beytdən uzaq düşməməyi diləyirik!