Zikr və Allahı xatırlama

Müəllif: NoName
Şərhlər:
Baxılıb: 1299
Paylaş:
Səs ver:
(səs: 3)
Həzrət Əlinin (ə) ikinci vəsiyyəti Allahın zikri, Onun xatırlanmasıdır. Zikr insan qəlbini abad edir. Həzrət (ə) buyurur: "...qəlbini Allah zikri ilə abad edəsən”. Bu vəsiyyətin ardınca hər biri insan qəlbinə ünvanlanmış ifadələr gəlir. Əvvəlcə qəlbin abadlığından danışılır. Bildirilir ki, qəlb həm abad, həm viran ola bilər. Uyğun cümlələrdən mə’lum olur ki, insan qəlbi özünəməxsus həyat və ölümə malikdir. O, aram qalmalı, bə’zi çətinlikləri qəbul etməli, bə’zi həqiqətlərə inanmalıdır. Təbii ki, heç kəs öz vücudunun səmərəsizliyini, bəhrəsizliyini istəməz. O, yaşamaq, inkişaf etmək, səmərə vermək istəyindədir. İnsan qəlbi inkişaf etmiş bir məmləkət kimi abad ola bilər. Eyni zamanda, onun uçulmuş bir bina tək xaraba qalması da mümkündür. Qəlbi əzəmətli imarət tək abad etmək və ya uçulmuş ev tək xaraba qoymaq insanın öz əlindədir. Hər halda Həzrət (ə) "qəlbini abad et” göstərişini verir. Həzrət (ə) onu da qeyd edir ki, qəlbin abadlığı Allahın zikri sayəsində mümkündür. Zikrsiz qəlb virandır. Qəlbin nə olduğunu araşdırmaq fikrində deyilik. Bu barədə müəllifin "Əxlaq və Qur’an” kitabından mə’lumat ala bilərsiniz. Mövzu qəlbin abadlığıdır. Qəlbinizi abad edin, onu viran qoymayın və unutmayın ki, qəlblər Allahın zikri, xatırlanması ilə abad olur.

loading...
(səs: 3)
Şərhlər:
Baxılıb: 1299
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri

Aylıq arxiv