Rəcəb ayında oruc tutmanın fəziləti

Müəllif: NoName
Şərhlər:
Baxılıb: 2138
Paylaş:
Səs ver:
(səs: 4)
İbni-Babuyə, Salimdən nəql edir: "Rəcəb ayının sonunda Həzrət Sadiqin (ə) xidmətinə getmişdim. Bu ayın qurtarmağına bir neçə gün qalmışdı. Həzrət mənə nəzər salanda dedi: "Bu ayda oruc tutmusan?"

Dedim: Yox. Buyurdu: "O qədər savabı əldən vermisən ki, onun miqdarını Allahdan başqası bilmir. Həqiqətən bu elə aydır ki, Allah onu başqa aylardan fəzilətli etmişdir. Ona hörməti böyük etmiş və oruc tutanlarını əziz tutacağını özünə vacib etmişdir". Dedim: "Ya ibni Rəsullah! Əgər yerdə qalan günləri oruc tutsam, oruc tutanların bəzi savablarına çata bilərmi?"
Buyurdu: "Ey Salim! Hər kim bu ayın son günlərindən birini oruc tutarsa, Allah onu ölümün şiddətindən, ölümdən sonrakı qorxudan və qəbir əzabından qoruyar. Hər kim bu ayın son günlərindən ikisini oruc tutarsa, Sirat körpüsündən asanlıqla keçər. Hər kim bu ayın son günlərindən üç günü oruc tutarsa, böyük Qiyamət gününün və o günün şiddət və qorxusundan amanda olar. Bil ki, Rəcəb ayında oruc tutmağa görə çox sayda fəzilət daxil olmuşdur"".

Belə bir hədis vardır ki, hər kim Rəcəb ayının sübhündə və əsrində 70 dəfə "Əstəğfirullahə və ətubu iləyh" deyər və sonra əllərini qaldırıb deyərsə: "Əllahum-məğfirli və tub ələyyə", əgər həmin adam bu ayda ölərsə, Rəcəbin bərəkətinə görə od onu yandırmaz.

"Həzrət Peyğəmbər (s) buyurub: Rəcəb ayı ümmətimin bağışlanma ayıdır. Ona görə bu ayda çoxlu bağışlanma istəyin ki, Allah bağışlayan və mehribandır. Bu ayda ümmətimə Allahın rəhməti daha çox nazil olar. Çoxlu deyin: "Əstəğfirullahə və əs’əluhut-tövbə"".

loading...
(səs: 4)
Şərhlər:
Baxılıb: 2138
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri

Aylıq arxiv