Əqiq və ya firuzə daşlı üzük taxmağın savabı varmı?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 17 063
Səs ver:
(səs: 6)
Əqiq və ya firuzə daşlı üzük taxmağın savabı varmı?

Həzrət Muhəmməd Peyğəmbər (s) möhürlü peyğəmbərlik üzüyündən başqa, əqiq qaşlı üzük də taxır və müsəlmanlara bunu tövsiyə edirdi. O həzrət buyururdu ki, əqiq qaşlı üzük taxmağı ona Cəbrail (ə) məsləhət görüb. Peyğəmbər buyurub: "Əqiq qaşlı üzük taxın. Nə qədər ki bu üzük barmağınızdadır, qəm-qüssədən uzaq olarsınız”.

İmamlardan rəvayət edilən hədislərdə əqiq qaşlı üzüyün insanı qəfil ölümdən, haqsız cəzadan, oğurluqdan qoruduğu bildirilir. Din alimləri də namaz qılan zaman əqiq qaşlı üzük taxmağı müstəhəb bilirlər. Çünki Həzrət Sadiq (ə) buyurub: "Allah dua zamanı dərgahına o əlin qaldırılmasını xoşlayır ki, barmağında əqiq qaşlı üzük olsun”.

Rəvayətə görə, Həzrət Əlinin (ə) üzüklərindən birinin qaşı qırmızı əqiqdən imiş; həzrət onu şərdən amanda qalmaq üçün barmağına taxardı. Qaşı firuzə olan digər üzükdən isə qələbə və zəfər niyyəti ilə istifadə edərdi.
(səs: 6)
Şərhlər: 4
Baxılıb: 17 063
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri