Hicabli harayi

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 5 056
Səs ver:
(səs: 1)

http://imgs.su/tmp/1319868341-656.jpg

 

 2010-cu ilin noyabır ortalarından təhsil almadan məhrum olmuşam. Səbəbi nə əxlaqımın, nə nizam-intizamım, nə də təhsilim oldu.  Bunun bir səbəbi var idi. O da adi müsəlman qadını kimi dinimə sadiq qalmağım idi. Sinfin əlaçı şagirdlərindən biri  olduğum halda, indi məktəb üzünə həsrət almışam. Bir neçə dəfə zəbərdarlıqdan sonra məktəb müdiri məni uşaqların qarşısında sinifdən çıxardı və başımı açmayana qədər məktəbə buraxılmayacağımı bildirdi. Təbii ki, mən də valideynlərim də onlardan bunun səbəbini soruşduq. Amma verilən cavab həm məntiqsiz, həm də gülməli oldu. "Yuxarıdan belə tapşırıblar, vəssəlam!". O "əlçatmaz yuxarı" haradı görəsən?  Məgər Allahımız bir deyil?  Məgər hicabı əmr edən Allah bunu onların qızlarına, həyat yoldaşlarına əmr etmir? Mənim üçün heç fərqi yoxdur. Ya baçım kəsilsin, ya da başım açılsın. Dərslərimdən geri qalmayım deyə, evdə proqram əsasında məşğul oluram. Yuxarıdan gələn göstərişlərə bu qədər sadiqdilərsə, bəs nə üçün məktəbə diqqəti cəlb edən dar şalvar və retuz, bütün bədəni bəlli edən qıza ətəklər geyinən qızlara göz yumulur? Məgər onların bu geyim tərzi məktəbə münasıbdir? Din-imanı qoyaq bir kənara, bəs namus, qeyrət?! Mənim kimi yüzlərə qız təhsildən uzaqlaşdırıldı.  Səsimizi eşidən olmadı. Duyulsa da qulaqlar tıxandı. İndi ürəyimizdə onları sizə açırıq, bunları bizə şərik olasınız deyə yazırıq.  Allah səbr edənləri sevir. Biz də səbr edirik.  Amma haqqımızı tapdalayanlara əsla halal etmirik.
Hicab - Allah istədiyi kimi görünmək, Ona tabe və təslim olmaq deməkdir.Hicab - qadın  gözəlliyinin qoruyucusu  və təminatçısıdır.
             SIZIN QADININ HICABINA DAHA DOGRUSU ALLAHIN EMRINE MUNASIBETINIZ NECEDI?
(səs: 1)
Şərhlər: 0
Baxılıb: 5 056
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri