Vəhhabiləri necə tanımalı? - ARAŞDIRMA

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 15 645
Səs ver:
(səs: 3)
əlifə Ömər bin əl-Xəttab Şamı fəth edərkən əvvəlcə Əbu Süfyanın oğlu Yezidi, Yezid vəba xəstəliyinə tutulub öldükdən sonra qardaşı Müaviyəni Şamın valisi təyin edir. Bundan sonra baş verən hadisələri yəqin ki, çoxumuz bilirik. Mövzumuz bu olmadığından üstündə çox dayanmırıq. Əməvi dövlətinin əsasını qoyan Müaviyə özündən sonra oğlu Yezidi (qardaşının adını oğluna qoymuşdu.) xəlifə təyin edir. Yezid də atasının, babasının yolunu gedir, peyğəmbərin (s.a.s) ailəsi ilə düşmənçilik edir və nəticədə Kərbəla hadisəsi baş verir. Başda İmam Hüseyn (ə) olmaqla peyğəmbərin (s.a.s) övladları şəhid edilir, qız-gəlin əsir aparılır. Bununla da ürəyi soyumayan Yezid Hicaza ordu göndərir. Mədinə şəhərini tutub əsgərlərinə üç gün yağmalatdırır. Məkkəni mühasirəyə alır, mancanaqlardan atılan od parçaları və daşlarla Kəbə evini yandırır, Kəbə evinə ciddi xəsarətlər yetirir. Bu əsnada Yezid ölür. Ancaq hakimiyyət yenə də Bəni-Üməyyə klanının əlində qalır.

Əməvilər dövlətinin süqutundan beş əsr sonra Hərranda (indiki Türkiyə ərazisi), hənbəli məzhəbli bir ərəb ailəsində sonralar İbni Teymiyyə kimi məşhurlaşacaq bir uşaq dünyaya gəlir. Daha sonra ailəsi Şama köçür və İbni Teymiyyə təlim-tərbiyəni, təhsili burda alır. İbni Temiyyənin bir çox fikirlərinə müsəlman alimləri etiraz edir, onu azğınlıqda, hətta küfrə düşməkdə belə ittiham edirlər. Onun Əhli-beytə (ə) münasibəti də sünni alimlərinin münasibətindən fərqli olur. Əlinin (ə) hədislərlə sabit olan bir çox fəzilətlərini müxtəlif "elmi” yollarla inkar edir. Yezidi sevilməyə layiq olmasa da, lənətlənməyə də layiq olmayan bir əmir kimi elan edir. İmam Hüseynin (ə) qatillərinə lənət oxusa da, bu lənəti Yezidə şamil eləmir. Yezidi Kərbəla faciəsinin səbəbkarı, İmam Hüseynin (ə) qatili hesab etmir. İbni Teymiyyəyə görə Yezid belə bir əmr verməmişdir. Hüseyn (ə) isə ictihad edərək rəhbərə qarşı çıxıb, xəta edibmiş. Əslində, bu etirazında heç bir dini və dünyəvi məsləhət yox imiş, əksinə, Hüseynin (ə) bu hərəkətindən sonra ümmət arasında fitnələr artıbmış. Bütün bunlar təbii ki, İbni Teymiyyənin fikirləridir. Bu və bu kimi fikirləri ilə İbni Teymiyyə "sələfi”, "əhli-sünnə vəl camaat” adı altında yeni bir cərəyanın əsasını qoyur. Bir çoxları ondan təsirlənib alim adı altında fəaliyyət göstəriblər. İbni Qəyyim, Zəhəbi, İbn Kəsir, Mizzi, İbn Əbil İzz, İbn Müflih, İbn Əbdülhadi, İlmuddin Bərzali kimi şəxslər belələrindəndir.
 
İbni Teymiyyənin vəfatından təqribən 4 əsr sonra, 1703-cü ildə Nəcddə, hənbəli məzhəbli ailədə sonralar "vəhhabi”liyin banisi olacaq Məhəmməd ibn Əbdülvəhhab dünyaya gəlir. Məhəmməd İbni Teymiyyənin və onun tələbəsi İbn Qəyyimin fikirlərindən təsirlənir. Sonralar öz fikirləri ilə fərqlənən Məhəmməd ibn Əbdülvəhhabın tərəfdarlarını "vəhhabi" adlandırmağa başlayırlar. Öz doğulduğu Üyeynədə qəbul edilməyən Məhəmməd buranın valisi tərəfindən qovulur. O, Diriyyə məntəqəsinə gəlir. Diriyyənin (Riyadın şimal-qərbi ) əmiri Məhəmməd bin Səud ilə ittifaq bağlayıb dövlət yaratmaq qərarına gəlirlər. Bu ikisinin adamlarından ibarət vəhhabi ordusu təşkil edilir. Yezidin ordularından fərqlənməyən bu vəhhabi orduları Kərbəlada, Məkkədə, Mədinədə müsəlmanlara olmazın zülmlər edir, sünni, şiə demədən özləri kimi düşünməyən hər kəsi vəhşicəsinə qətl edir, mallarını, qadınlarını qənimət kimi götürürlər.
 
Təməli hələ o zaman atılan Səudiyyə dövlətinin hazırkı kralı Məhəmməd bin Səudun övladlarındandır. Dövlətin adı da Məhəmməd bin Suudun şərəfinə "Səudiyyə” adlanır. Səudiyyə Ərəbistanının hazırkı baş muftisi isə Məhəmməd bin Əbdülvəhhabın nəvələrindəndir. Bu gün vəhhabilik Səudiyyə Ərəbistanının rəsmi məzhəbi vəziyyətindədir. Təbii ki, müasir dövrümüzdə vəhhabilər ciddi-cəhdlə "vəhhabi” adını inkar edir, özlərini "sələfi”, "əhli-sünnə vəl camaat” adlandırırlar, özlərindən başqa bütün müsəlmanları azğınlıqda ittiham edirlər.
 
Müasir dövrümüzdə Azərbaycanda da vəhhabilər mövcuddur. Onlar şalvarlarının balağını qısaldıb, bığlarını qırxıb, saqqallarını uzatmaqla seçilirlər. Ancaq zahirən bu cür görünməyən, üzü qırxılı, kostyumlu, qalstuklu vəhhabilər də var. Onları ekranlarda, mətbuatda "ilahiyyatçı”, "deputat”,"müğənni", "aparıcı" və sair kimi görmək mümkündür. Bilindiyi qədərilə məmurlar və məmur övladları arasında da "intelligent” vəhhabilər kifayət qədərdir. Onlar nə qədər özlərini vətənpərvər, hakimiyyətə sədaqətli göstərməyə çalışsalar da, "xurafatı yox, həqiqi islamı dəstəkləyib təbliğ etdiklərini” söyləsələr də, mənimsədikləri və "həqiqi İslam” adı ilə təbliğ etdikləri ideologiya vəhhabilikdir və xalqımız üçün, dövlətimiz, dövlətçiliyimiz üçün ciddi təhlükədir.
 
Bu gün də vəhhabilər arasında "elm tələbələri” kimi tanınan kimsələr Yezidin şəriətə uyğun xəlifə olduğunu, Hüseynin (ə) Yezidə qarşı çıxmaqla ictihad edib xəta etdiyini təbliğ edirlər. Hətta, bu gün "alim” kimi tanınan vəhhabi şeyxləri çəkinmədən Yezidi "möminlərin əmiri” də adlandırır. Bu gün dünyanın bir çox ölkəsində, eləcə də Azərbaycanda "əhli-sünnə” alimi kimi təqdim edilən bir çoxları Məhəmməd ibn Əbdülvəhhabdan, İbni Temiyyədən təsirlənmiş vəhhabi alimləridir. İbn Useymin, İbn Baz, Əhməd bin Yəhya Nəcmi, Albani, Saleh bin Məhəmməd Laheydan, İbn Cibrin, Əbdüləziz Aluş Şeyx (Səudiyyənin hazırkı baş müftisi), Saleh Fəvzan, Məhəmməd bin Saleh əl-Mənsur, Məhəmməd bin İbrahim Aluş Şeyx, Rabii Mədxəli, Məhəmməd Muxtar Şənqiti, Yafei, Məhəmməd Səid Raslan, Əbdürrəzzaq Əfifi, Muqbil bin Hadi Vadei, Əbu İshaq Huveyni, Ədnan Arur belələrindəndir. (Sonuncusu Suriyalıdır. Hazırda Səudiyyədə yaşayır və çıxışları, fətvaları ilə dünyanın hər yerində yaşayan vəhhabiləri Suriyada "cihada" toplamağla məşğuldur.)
 
Odur ki, diqqətli olun əziz müsəlman bacı və qardaşlarım! İbni Teymiyyəni "şeyxül-İslam” kimi yad edən, ona "İslam alimi” kimi ehtiram göstərən, ondan, Məhəmməd ibn Əbdülvəhhabdan, İbn Qəyyimdən, İbn Kəsirdən, Zəhəbidən, Albanidən, İbn Bazdan, İbn Useymindən, Fəvzandan və digər "sələfi" alimlərindən tez-tez sitatlar gətirən, onların fikirlərini əsas götürən və onların göstərişləri doğrultusunda hərəkət edən, onları "İslam alimi”, "əhli-sünnə alimi” kimi görən, özünə "sələfi”, "əhli-sünnə vəl camaat” deyən ,Yezidə lənət deməyən, onu müsəlman hesab edən, şəriətə uyğun xəlifə hesab edən, Hüseyni (ə) Yezidə qarşı çıxmaqda xətalı hesab edən kəslər nə qədər qəbul etməsələr də vəhhabidirlər.
 
Doğrudur, vəhhabilər "Allah Hüseyndən (ə) razı olsun!”, "peyğəmbərimizin (s.a.s) sevimli nəvəsi idi”, "Yezid fasiq idi, zalım idi” və sair bu kimi fikirlər səsləndirirlər. Ancaq, "Yezid kafir idi” və ya "Allah Yezidə lənət eləsin!” də demirlər və bunun üçün "hədis”lərdən "dəlil”lər də gətirirlər. Onların nəzərində Yezid fasiq də olsa, zalım da olsa müsəlmanların "qanuni xəlifəsi” idi və ona itaət etmək vacib idi. Uzaqbaşı, çıxılmaz duruma düşəndə şərt qoşaraq "əgər Yezidin bu işdə əli var idisə Allah Yezidə lənət eləsin!” kimi fikirlərlə işin içindən çıxmağa çalışırlar.
 
Ola bilər ki, dini təhsili olmayan sünni və şiə qardaşlarımız dinin əsasları, İslam fiqhi və sair bu kimi sahələrə aid olan məsələlərdə vəhhabiləri deşifrə edib onları sünni qardaşlarımızdan ayıra bilməsin. Ancaq bir çox məsələlərdə, xüsusən də İmam Hüseyn (ə) ilə, Kərbəla ilə əlaqəli məsələlərdə özlərini ələ verirlər. Peyğəmbərimizin (s.a.s) də buyurduğu kimi, "Həqiqətən Hüseyn (ə) hidayət çırağı və nicat gəmisidir”. Allah hamımızın qaranlığını bu nicat gəmisinin, bu hidayət çırağının nuru ilə işıqlandırsın! Amin!
(milli az)
(səs: 3)
Şərhlər: 6
Baxılıb: 15 645
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri