Məhəmməd Peyğəmbərdən (s) kəlamlar ( 1-ci hissə)

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 8 594
Səs ver:
(səs: 2)
Nəfsi cilovlamaq haqqında
-Cəhadların (din uğrunda müqəddəs müharibənin) ən böyüyü nəfsə qarşı vuruşandır.
-Dini vəzifələrin yerinə yetirilməsi nalayiq danışanın dilinin günahını yumayacaqdır.
-Ürəyi və dili müsəlman olmayan şəxs müsəlman sayıla bilməz.
-Səbri, həlimliyi, və mülayimliyi olan şəxsin həm bu dünyada, həm də o dünyada payı olur.
-Qəzəblənən vaxt öz qəzəbini buxovlaya bilən şəxs ALLAHdan yaxşı mükafat alacaqdır.
-Öz ümmətimdə hər şeydən çox məni qorxudan qarınqululuq, çox yatmaq, bekarçılıq və imansızlıqdır.
-Öz dünyəvi həvəslərinə qələbə çalan, ALLAHdan mükafat istəyən adam bilikli və şüurludur. Öz nəfsinin səsinə qulaq asan və bununla belə ALLAHdan mərhəmət gözləyən adam isə ağılsız və cahildir.
-Öz qəzəbini inam və təhlükəsizlikdə sakitləşdirən İnsanın ürəyi ALLAH işıqlandıtat.

Bir şəxs dedi:
― Ey ALLAHın Rəsulu, mənə bir nəsihət ver.
Həzrəti-Məhəmməd (s) buyurdu:
― Hirsdən və qəzəbdən uzaq ol.
Müizz dedi:
― Yəmənə hakim təyin olunduğum zaman Peyğəmbərin məsə son nəsihəti bu oldu:
― Ey Müizə, xalqla xoşluqla rəftar et!

-Qəzəbləndiyi zaman təmkinlik göstərən şəxs ALLAHın yanında əzizdir.
-Xalqı çığnayan adam qüvvətli deyil, qəzəbini udan şəxs ondan güclüdür.
-Öz qəzəbini ALLAHın xətrinə udan şəxs ömründə ən yaxşı iş görmüşdür.
-Öz nəfsini cilovlamaqçün ehtiraslarınla mübarizə et.

Ədəb barədə
-Təvazökarlıq və ədəb pəhrizkarlığın, dindarlığın nişanələrindəndir.
-Övlada ədəb öyrətmək, bilin ki, bir dolu qab buğda sədəqə verməkdən yaxşıdır.
-Qonağın ev sahibini təngə gətirənə qədər qalması yaramazdır.
-Atanın övladına öyrətdiyi ən yaxşı şey ədəbdir.

Bir şəxs dedi:
― Ey ALLAHın Peyğəmbəri, əgər gecələmək üçün bir adamın evinə getsəm və o məni qəbul etməsə, sonra həmin şəxs mənim evimə gələrsə və mən də onun kimi rəftar etsəm, necə olar?

Həzrəti-Məhəmməd (s) buyurdu:
"Onu qonaqpərvərliklə qəbul et".
İnsanlara vəzifə və mənsəbinə layiq hörmət edin!

Bir məclisdə ALLAHın Peyğəmbəri oturduğu yerin darısqallığını nəzərə alaraq, dizi üstə oturmuşdu. O rda olan bir bədəvi ərəb dedi: Bu necə oturmaqdır?

Həzrəti-Məhəmməd (s) buyurdu:
― Bil ki, ALLAH məni qürurlu hakim deyil, bir təvazökar bəndə kimi yaratmışdır.
Heç kəsə söyüş söyməyin. Əgər biri səni söyüb sənin sirrini aşkar etsə, sən ona aid bildiyin sirri aşkar etmə.
Yemək verilən zaman hamı yeyib qurtarmayınca heç kəs yerindən durmamalıdır. Və heç kim də başqalarından qabaq yeməkdən əl çəkməməlidir. Əgər biri tez qalxsa, mütləq üzr istəməlidir. *

Qonağı qapıya qədər ötürən adamdan xoşum gəlir.
Mülayimlik və təvazökarlıq imanın iki hissəsidir (qoludur). Yalan söz və mübaliğə isə hiyləgərlik və riyakarlığın iki mənbəyidir.
Üç adam bir yerə toplaşanda, onlardan ikisi üçüncü adama məhəl qoymadan bir-birilə pıçıldaşmamalıdır. Çünki bu, üçüncü şəxsin ürəyinə toxuna bilər.
(səs: 2)
Şərhlər: 4
Baxılıb: 8 594
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri