Məhəmməd Peyğəmbərdən (s) kəlamlar (2-ci hissə)

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 7 810
Səs ver:
(səs: 2)
Paklıq haqqında
-Rəhmli, pak və sədaqətli ürəyi olanlar Behişt bağına gedəcəklər.
-Məzhəb - moizə və nəsihət deməkdir. O da paklıqdan doğar.

Məntiq barədə
-ALLAH məntiqdən yaxşı heç bir şey yaratmamışdır. Yaxud məntiqdən daha kamil və daha gözəl heç nə mövcud etməmişdir. -ALLAHın bağışladığı faydalar məntiqin hesabına əmələ gəlmişdir. Başa düşmək və dərk etmək də məntiqdəndir. Məntiqə diqqət etmədikdə ALLAHın qəzəbinə düçar olarsan.

Qohumlar barədə
-ALLAHın və onun xilqətinin hüzurunda ən yaxşı adam öz ailəsinin ən yaxşısıdır. Necə ki, mən ailəmin ən yaxşısıyam. -Dünyadan getmiş dostlarınızın eyblərini açmayın.
-Əməlini ailəsi bəyənən müsəlman ən yaxşı müsəlmandır.
-Öz qohum-qardaşını tərk edənin ailəsinə ALLAHın lütfü nəsib olmaz.
-Qohumları tərəfindən edilmiş pisliklərə pisliklə cavab verən şəxs qohumluq haqqını unudub, demək qohumlarının pisliyinə qarşı belə yaxşılıq edən şəxs kamil insandır.

Biri Peyğəmbərdən (s) soruşdu:
- Ya Rəsulüllah, mən böyük bir günah işləmişəm. Nə edim ki, bağışlanım?
Peyğəmbər (s) buyurdu:

-Anana, xalana və ya qohumlarından bir qadına yaxşılıq et ki, günahın bağışlansın.
-Kiçik qardaşın böyük qardaş qarşısında haqqı övladın ata qarşısındakı haqqı kimidir.
-Kimsəsizlərə ehsan və kərəm, bir ehsanın mükafatı qədər qiymətlənir. Lakin qohumlara kömək etmək iki mükafata layiqdir: biri - ehsanın əcri; digəri isə qohumlara yardım əcri.
-Öz yoxsul əqrəbasına ehsanı insanın ən savab işidir.

Tövbə haqqında
-Sədaqətlə edilən tövbə insanın günahlarını yuyur.

Hörmət və təzim barədə
Bir gün Həzrəti-Məhəmməd (s) yanındakılara buyurdu:
- "ALLAHı əzizləyin və ona sitayiş edin!"
Dedilər:
- Ya Rəsulüllah, biz ALLAHa sitayiş edirik. Şükür olsun o ALLAHa ki, bu bəxşişi bizə əta etmişdir.
Onda Peyğəmbər (s) buyurdu:
- Belə deyil, ALLAHa layiqincə sitayiş edən hər kəs özgələrin yanında qürrələnməməli, ALLAHın və bəndələrin yanında iftixar etməməlidir. Yaramaz şeylərdən kənar olmalı və haram edilmiş şeyləri yeməkdən imtina etməlidir. Ürəyini də haram edilmiş şeylərdən təmiz saxlamalı, həmişə ölümü və sümüklərinin çürüməsini xəyalına gətirməlidir. Axirət əcrini istəyən hər kəs maddi ləzzətlərə göz yummalıdır. Yuxarıda deyilənləri icra edən hər şəxs ALLAHın hörmətini yerinə yetirmiş olub və bu, onun vəzifəsidir.

Var-dövlət barədə
-Sərvət dünya malının bolluğunda deyil, nəfsin toxluğu və razılığındadır.
-Sərvət yükünü çiynində daşıyan adam üçün Behiştin enişli-yoxuşlu yolunu yuxarı çıxmaq çətindir.
-Dilənçilikdən çəkinən, ailəsinin güzəranını təmin edib qonşulara qarşı səxavət göstərən, halal yolla dünya və onun var-dövlətini istəyən hər kəs on dörd gecəlik Ay kimi parlaq sima ilə ALLAHın hüzuruna gedəcəkdir.
-Birinin malı hamıya çatmaz, ona görə də onlarla xoşluqla rəftar edilməlidir.
-Sərvət yaxşı işlədirsə, bərəkətli olar. Halal səylə və şərəfli yollarla onun artmasına imkan vardır.
-Sərvətdə Zəkatdan başqa ayrı bir haqq da vardır.

Ləyaqət və yaraşıq haqqında

Bir bədəvi kişi (özünü saxlaya bilməyib) məscidi buladı. Onu tutanlara Həzrəti-Məhəmməd (s) buyurdu:
- Onu buraxın. Bir tuluq su gətirib o yerə tökün. Çünki siz ona əziyyət vermək deyil, ibrət üçün yaranıbsınız.
Səhabələr bədəvi kişini buraxdılar. Sonra Peyğəmbər (s) o kişini çağırıb buyurdu:
- Məscid bu iş yaxud belə murdarlıq üçün tikilməyib. Məscid ancaq ALLAHı yada salmaq, namaz qılmaq və Quran oxumaq üçündür

Fədakarlıq haqqında
Həzrəti-Məhəmməd (s) əshabələrdən soruşdu:
- İçki içən, zina və oğurluq edən şəxs barədə fikriniz nədir? Onun əməlinin cəzası nə olmalıdır?
Ərz etdilər:
- ALLAH və onun Peyğəmbəri yaxşı bilir.
Buyurdu:
- Bunlar böyük günahlardır və cəzası da çox ağır olur (bu sual belə əməlləri qadağan edən Quran ayələrinin nazilindən qabaq soruşulmuşdur).

Xidmətçilər haqqında
-Razı qaldığınız xidmətçilərə yediyinizdən yedirdin və geydiyinizdən də geyindirin. Lakin sizi razı salmayanlardan uzaqlaşan və ALLAHın bəndələrini incitməyin.
-Tabeliyində olanlara zülm edən şəxs Behiştin üzünü görməyəcəkdir.

Səhabilər ərz etdilər:
- Ya Rəsulüllah, məgər bizə buyurmadınız ki, Sizin ardınızca gedənlərin arasında çoxlu qul və yetim olacaqdır?
Buyurdu:
- Bəli, ona görə də onlarla övladınız kimi mehriban olun və yediyinizdən onlara verin. Namaz qılan qullar sizin qardaş və bacılarınızdır.
Peyğəmbərin (s) xidmətçisi Zeyd dedi:
- On il Peyğəmbərə (s) xidmət etdim. Heç vaxt mənə acıqlanıb ağır söz demədi...

.. Sübh yaxınlaşır..
(səs: 2)
Şərhlər: 4
Baxılıb: 7 810
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri