Allahım əfv edəndir

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 3 009
Səs ver:
(səs: 2)
Doğrudan da Allaha tövbə etmək, Ona dönmək üçün müəyyən səbəbləri vəsilə etmək lazımdır.
a) Tövbə etmək üçün insan gərək ən birinci günahını anlasın və etiraf etsin. Hiss etsin ki, Allahın qadağan etdiyi əməli törədib. Necə ki, xəstə xəstəliyini dərk etmədikcə sağlamlığı üçün çalışmaz, eləcə də günahını dərk etmədikcə ondan tövbə edə bilməz.

b) Allahın Camal və Cəlal olan sifətlərini dərk etmək və bilmək. Çünki insan Allah haqqında nə qədər çox məlumatlı olarsa bir o qədər də Allahdan qorxar. Allah (s) buyurur: "Allahdan Öz bəndələri içərisində (haqqı ilə) alimlər qorxar.” (Fatir 28) Buna görə də insanın hər bir günahının səbəbi Allah haqqında cahil (elmsiz) olmasıdır. Bu mənanı bu ayətdə də görə bilərik: "Allah yanında yalnız o kəslərin tövbəsi qəbul olunar ki, onlar cahillik (elmsizlik) ucbatından pis bir iş gördükdən sonra dərhal tövbə edərlər.” (Ən-Nisa 17)
c) Edilən günahın sonluğunun uğursuz və bu günahın ürək açmayan nəticəsini din və dünyada əks olunacağını bilmək. Belə ki, günah arxasınca digər bir günahı çəkir və günah edən kəs günahlarının çoxluğundan böyük günahları belə kiçik görür. Bu hal üzrə davam etdikcə insan dünyasını və dinini itirir.
d) Günaha düşmə ehtimalı olan yerlərdən və günaha dəvət edən dostlardan uzaq olmaq.
e) Allah haqqında gözəl zəndə olmaq və Onun rəhmətindən əl üzməmək. Çünki O, Kərimdir, Bağışlayandır, Rəhm edəndir. Hər bir böyük günahı bağışlayandır. Allah (s) buyurur: "(Ya Peyğəmbər! Mənim adımdan qullarıma) de: "Ey Mənim (günah törətməklə) özlərinə zülm etməkdə həddi aşmış bəndələrim! Allahın rəhmindən ümidsiz olmayın. Allah (tövbə etdikdə) bütün günahları bağışlayar. Həqiqətən, O bağışlayandır, rəhm edəndir!” (Əl-Zumər 53)

Sonra əgər tövbə etməyə əzm etsən bil ki, tövbənin şərtləri bunlardır:
Etdiyin günaha peşman olmaq, bir daha həmən günah dönməməyə israrlı olmaq, bu tövbəni məhz Allah üçün yəni ixlas ilə etmək və bu günah ilə kiminsə haqqına girmisənsə o kəsin haqqını vermək. İmanı gücləndirməyə gəldikdə isə bu, imanı gücləndirəcək şeyləri etmək və onu zəiflədəcək şeyləri tərk etməklə olur. İmanı artıran və gücləndirən mühüm şeylər bunlardır:
a) llahı, Onun isim və sifətlərini bilmək. Mütləq kamillik Ona aid olduğu kimi Ona heç bir nöqsan toxuna bilməz. Allah, Onun kainatda olan isim və sifətlərinin izini təfəkkür etmək, düşünməkdir. Həmçinin Onun yaratdığı və var etdiyi şeylər haqda. Allah ,(s) buyurur: "Onun (Qur’anın) haqq olduğu onlara bəlli olsun deyə, Biz öz qüdrət nişanələrimizi onlara həm xarici aləmdə (üfüqlərdə, kainatda, göylərin və yerin ətrafında), həm də onların öz daxilində mütləq göstərəcəyik.” (Fussilət 53)
b) Allah itaət və ibadət etmək. Onun sevdiyi şeyləri davamlı olaraq etmək.
c) Allahı çoxlu zikr etmək, Onu tez-tez xatırlamaq. Bu əməl məxluqu xaliqinə mənəvi olaraq qovuşduran ən böyük əməllərdəndir.
d) Peyğəmbər (s) həyatını oxumaq. Onunun ibrətamiz və seçkin hərəkətlərinin üzərində duraraq düşünmək. Həmçinin onun səhabələrinin və səhabələrdən sonra gələn salehlərin həyatını bu metodla oxumaq.
e) Davamlı olaraq təqvalı (Allahın əmr etdiyi şeyləri edərək və çəkindirdiyi şeylərdən çəkinən) insanların məclisində oturmaq, qəflətə dalarkən qəflətdən oyandıran və itaətə dəvət edən saleh insanlarla dostluq etmək.
f) Sadalanan amillər azaldıqca da insanın imanı zəifləyir.

Allah bizi daima günah etdikdən sonra tövbə edən və tövbə etdikdən sonra da tövbəsi qəbul olunan qullarından etsin.
(səs: 2)
Şərhlər: 7
Baxılıb: 3 009
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri