Ey Allahım sənə eşqimi elan edirəm

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 4 267
Səs ver:
(səs: 3)
Ey ALLAHım Sənə eşqimi elan edirəm... 
Sevginlə dağıt bədənimi, təkrar sevginlə bir araya gətir! 
Sevginlə çıxım qəbirdən, 
Sənə qaçım ürəyimdəki sevginlə! 
Məhşərdə sevginin kölgəsində gözləyim Səni! 
Sevginlə hesaba çək məni! Sevgi tərəzində ölç sevgimi! 
Saxtadırsa sevgim, yandır məni! 
Kiçik də olsa əgər, sevgim gerçəksə; Sən də sev məni!.. 
Keçim sirat körpüsündən sevginlə! 
Sevginlə, dilimdə adınla cənnətinə qoy məni! 
Ürəyimdəki eşqinlə ürəyinə al məni, Ruhuna qat məni! 
Nə olar sev məni ALLAHım, Nə olar sev məni! 
Necə ki quş qanadsız uça bilməzsə, 
Ruhum da sevgin olmadan uça bilməz, 
Sevgin qanadımdı mənim! 
Necə ki bədən cansız yaşaya bilməzsə, 
Ruhum da eşqin olmadan yaşaya bilməz, 
Eşqin canımdı mənim! 
Necə ki insan sevmədən, sevilmədən yaşaya bilməz, bir yar istəyər, 
Mən də sənsiz yaşaya bilmərəm, Yarımsan mənim!
Qanadımsan, Canımsan, Yarımsan! 

Necə ki kəpənəklər sevdalıdılarsa alova, 
Və yanacaqlarını bilə-bilə necə fırlanırlarsa alovun ətrafında,
Necə qanad çırpırlarsa Sevgiliyə tərəf, 
Mən də sənin nurunun ətrafında eləcə, 
eynilə kəpənəklər kimi fırlanmaq, 
Qanadlarımı sənin eşqinlə çırpmaq, 
Və nurunun məni yandıracağını bilə-bilə sənə qovuşmaq istəyirəm. 
Bu qəribə, bu sevdalı kəpənəyi nuruna qovuşdurarsanmı Yarəb? 
Mənə verdiyin o qədər nemətin qədrini bilmədim, 
Sənə qarşı o qədər xəcalətəm ki Yarəb! 
Məni bağışla, Məni bağışla nə olar Yarəb! 
Əfvini və eşqini məndən məhrum etmə nə olar!..
Ürəyim günahlarla o qədər çirkləndi ki Rəbbim! 
Sənin üçün tökdüyüm gözyaşlarımla yusam,
Təmizlənərmi görəsən ürəyim? 
Ürəyimdəki sevgini elə böyüt, elə böyüt ki,
Ürəyim artıq bu dünyaya sığmaz olsun.. 
Eşqim miracım olsun ALLAHım, Eşqim miracım olsun! 
Bir Mələyə çevrilim və Yeddi qat göyü eşqinlə aşıb hüzuruna çatım, 
Hüzurunda başımı səcdəyə qoyum, 
sonsuza qədər həmişə elə qalım Yarəb! 
Eləykən bir dəfə nəzər et, 
Bir dəfə "Qulum!" de, özümdən gedim Yarəb!.. 

Ey Əzrail! Sən nə gözəl bir mələksən!.. 
Məni vusalıma çatdırarsan? 
Sevgiliyə apararsan məni? 
Qurtararsan məni bu dünya zindanından?.. 
Ey bizləri yoxdan eşqiylə var edən şanı uca ALLAHım! 
Məni eşqinlə var etdiyin kimi, eşqinlə yaşat və eşqinlə yanına apar! 
Acizliyimi, qüsurlarımı, günahlarımı görürsən Yarəb! 
Hüzurunda bükülən boyumu, səcdəyə düşmüş başımı, 
Peşmanlıqla və eşqinlə tökdüyüm gözyaşlarımı, 
ürəyimdəki sevgini görürsən! 
Sənə layiq olmasa da ALLAHım, 
Etdiyim səcdələr haqqı üçün, 
Tökdüyüm gözyaşları haqqı üçün, 
Ürəyimdəki eşqin haqqı üçün məni bağışla və cənnətinə apar! 
Apar ki, sənin məni gördüyün kimi, mən də səni görüm,
Cənnətində camalını seyr edim,
Camalınla özümdən gedim Yarəb! 
Ya Həyyul, Ya Qəyyum! Aləm səninlə həyat tapar. 

Səni bilməyənlər, səni sevməyənlər bir ölüdür.
Eşqindən məhrum edib mənidə öldürmə! 
Mənə eşqinlə həyat ver Yarəb! 
Ya Haqq! Əzəldən əbədə var olan tək gerçək sənsən ALLAHım! 
Məni bu yalan dünyadan qurtar! 
Məni sevgi ölkəsinə, xoşbəxtlik ölkəsinə, məni cənnətinə apar Yarəb! 

Ya Nur! Aləmləri və könülləri işıqlandıran!
Nur üstünə nur olan ALLAHım! 
Nurunla nurlandır üzümü...
Nurunla nurlandır bədənimi... 
Nurunla nurlandır ürəyimi...

Ya ALLAH!
Ya ALLAH! 
Ya ALLAH! 

Ey Ən Böyük Sevgili! 
Mən Səni çox sevirəm ya Rəbbim, nə olar Sən də məni sev! 
Heç kim sevməsin məni, Sən sev məni ALLAHım, Sən sev məni!...
(səs: 3)
Şərhlər: 4
Baxılıb: 4 267
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri