Allahım! Sən duaları qəbul edənsən

Müəllif: Mr. OffiCeR
Şərhlər: 13
Baxılıb: 16 507
Səs ver:
(səs: 13)
Allahım, dinimizə kamillik, ömrümüzə, ruzimizə, əməllərimizə bərəkət bəxş eylə, Allahım. Ölümdən əvvəl tövbə, ölüm anında şəhadət kəlməsini gətirməyimizi, ölümdən sonra bağışlanmağımızı, hesab günü isə bizi əfv etməyini istəyirik, Allahım. Ey qulları cəhənnəm atəşindən azad edən Allahım, bizi, anamızı, atamızı, övladlarımızı, zövcəmizi, bizim üzərimizdə haqqı olan insanları, dünyasını dəyişmiş və həyatda olan bütün müsəlman bacı-qardaşlarımızı cəhənnəm atəşindən azad eylə, Allahım. Ey Allahım, Sən bizim mövlamızsan, Sən eşidənsən, yaxınsan, duaları qəbul edənsən, dualarımızı qəbul eylə, Allahım. Ey Rəbbim, ey Rəhman, ey Rəhim, Sənə Adəm Peyğəmbərin dua etdiyi kimi dua edirik. Biz özümüzə zülm etdik. Əgər bizi bağışlamasan və mərhəmət etməsən, biz şübhəsiz ki, ziyana düşmüşlərdən olarıq. Ey Rəbbimiz, biz Sənə İbrahim Peyğəmbərin dua etdiyi kimi dua edirik. Bizə hikmət bəxş et və bizi salihlərə qovuşdur. Sonra gələnlər arasında isə bizə yaxşı ad qismət eylə. Bizi cənnətin barislərindən eylə. İnsanların qəbirlərindən çıxarılıb diriləcəyi gün bizi zəlil etmə, Allahım. Ey Rəbbimiz, biz Sənə Yusif Peyğəmbərin dua etdiyi kimi dua edirik. Dünya və axirətdə mövlamız Sənsən. Bizi müsəlman olaraq öldür və bizi salihlərə qovuşdur. Ey Rəbbimiz, biz Sənə Zəkəriyyə Peyğəmbərin dua etdiyi kimi dua edirik. Bizə öz tərəfindən bir övlad bəxş et. Sən həqiqətən duaları eşidənsən. Ey Rəbbimiz indi isə əfəndilər əfəndisi Məhəmməd Peyğəmbərin (s.a.v) istədiyini istəyirik. Allahım, bizə hidayət ver, necə ki, başqalarına hidayət vermisən. Bizi əfv et, necə ki, başqalarını əfv etmisən. Bizim qayğımıza qal, Allahım, necə ki, başqalarına qarşı qayğıkeşsən. Verdiyini bizim üçün bərəkətli eylə, Allahım. Səndən bağışlanma diləyir və tövbə edirik. Allahım, biz Sənə dua etdik, duaları isə qəbul edən yalnız Sənsən. Ey ehtiyacları aradan qaldıran, duaları qəbul edən Allahım, bizim və bütün müsəlmanların ehtiyaclarını qarşıla. Rəsulun Məhəmməd Peyğəmbərin (s.a.v) şəfayətinə nail eylə və qiyamət günü onun mübarək əllərindən su içməyi bizə qismət eylə, Allahım. O su ki, onu içənlər heç bir vaxt susamazlar.
(səs: 13)
Şərhlər: 13
Baxılıb: 16 507
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri