Peyğəmbər(s.a.s)-a 40 sual (sual-1)

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 15 811
Səs ver:
(səs: 6)
İnşallah bu gündən etibarən hər gün  "Peyğəmbərə 40 sual-cavab” kitabından istifadə etməklə, sonuncu peyğəmbər Məhəmmədə (s.ə.s) ünvanlanan sualları və Allahın rəsulunun cavablarını təqdim edəcəyik.
 
Bu aləmin yaradılmasından xəbər ver, ya Məhəmməd.
Haqq Sübhanə taala bu aləmi neçə günə yaratdı?

Allahın Rəsulu mübarək cümlələrlə buyurdu ki, Haqq-Taala bu aləmi altı günə yaratdı.Birinci gün bazar günü,axırıncı gün isə Cümə günü olmuşdur.

Əhad günü (birinci gün) göyləri yaratdı, İkinci gün (bazar ertəsi ) Günəşi, ayı, ulduzları və küləyi yaratdı, Sələsə günü (üçüncü gün) yerdə və bəhridəki (dəniz, çay, göl, okeandakı) məxluqları, yeddi qat göylərdə olan mələkləri və havanı yaratdı. Ərbəa günü (dördüncü gün) yerdəki cəmi məxluqatın ruzisini qənimət etdi və iqramları yaratdı.
Xəms günü (cümə günü), həmçinin cənnəti, müxtəlif növlü ismətləri ilə birlikdə həzrəti Adəmi yaratdı. Həmin gün əmr etdi ki, bütün mələklər Adəmə səcdə etsinlər.

Haqq-Taala buyurur ki, bu cahanı altı günə yaratdım. Lakin qadirəm bir gündə və yaxud bir saatda yaradım. Altı gündə yaratmağımıza hikmət bu idi ki, aciz və biçarə qullarımdan hər biri iş tutanda o işi tələsik görməsinlər. Hətta qadir olsalar da, yenə tələsməsinlər.

Seyyidu-Mürsəlin və xətamün-Nəbiyin Məhəmməd-Mustafa buyururdu ki, "əl-əcələtu minəş-şeytan vət tənin minər-rahməni” – mənası budur ki, tələsmək şeytan işidir. Səbr etmək isə rəhman işidir.
(səs: 6)
Şərhlər: 4
Baxılıb: 15 811
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri