Axirət həyatında ölüm varmı?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 3 428
Səs ver:
(səs: 2)
Peyğəmbər - ona və ailəsinə Allahın salavatı və salamı olsun - "Sən onları işin bitmiş olacağı peşmançılıq günü ilə qorxut! İndi onlar hələ qəflətdədirlər və iman gətirmirlər" (Məryəm, 39) ayəsi haqqında belə demişdir:
"Qiya­mət gü­nü ölüm ağlı-qaralı, buynuzlu qoç şəklində gətiriləcək.
Sonra carçı: "Ey Cən­nət əhli!”– deyə çağıracaq. Cən­nət əhli başlarını qaldırıb ona tərəf ba­xa­caq­lar.
Carçı: "Bunu tanı­yırsınızmı?”– deyə soru­şacaq.
Onlar: "Bəli, bu ölüm­dür!”– deyə cavab verəcək­lər. Çünki onların hamısı ölümü görmüşdülər.
Sonra carçı: "Ey Cəhənnəm əhli!”– deyə səsləyəcək. Cəhənnəm əhli baş­larını qaldırıb ona tərəf baxacaqlar.
Carçı: "Bunu tanıyırsınızmı?”– deyə so­ru­şa­caq.
Onlar: "Bəli, bu ölümdür!”– deyə cavab verə­cəklər. Çünki onların ha­mı­sı ölümü görmüş­dülər. Bundan sonra ölümün başını kəsəcəklər. Sonra on­la­ra deyilə­cək: "Ey Cənnət əhli, siz əbədi yaşayacaq və heç vaxt ölməyə­cək­si­niz! Ey Cəhənnəm əhli, siz də əbədi yaşa­yacaq və heç vaxt ölmə­yə­cək­si­niz!”
Sonra Peyğəmbər:
"Onları işin bitmiş olacağı peşmançılıq günü ilə qor­xut! Çün­ki onlar qəflətdədirlər...” ayəsini oxudu və: "Bu dün­ya­nın sa­kin­ləri xəbər­siz­dirlər”– dedi, sonra da davam etdi və: "və iman gətir­mir­lər”– deyərək ayəni tamam­ladı.” (əl-Buxari, 4730)
(səs: 2)
Şərhlər: 7
Baxılıb: 3 428
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri