"Axirət mövcud deyil!" deyənlər üçün...

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 2 748
Səs ver:
(səs: 0)
Hamilə qadının bətnində iki uşaq var. Biri imanlı, digər isə imansızdır.

Biri o birindən soruşur: Sən doğumdan sonrakı həyata inanırsan?

İmanlı olan: Əlbəttə, doğumdan sonra həyatın olduğunu hamı bilir. Doğumdan sonra olacaqlar qarşısında güclü və hazırlıqlı olmaq üçün buradayıq.

İmansız olan: Bunlar ağılsızlıqdı. Doğumdan sonra həyat yoxdur. Doğumdan sonrakı həyatı düşünə bilərsən? Doğumdan sonra həyat necə ola bilər ki?

İmanlı olan: Tam olaraq bilmirəm, amma orada işıq və sevinc olacaq. Məsələn, öz ağzımızla yemək yeyə biləcəyik.

İmansız olan: Bu çox gülməlidir. Bizim öz göbək bağımız var, onunla qidalanırıq. Heç kim ordan geri qayıtmayıb! Doğumdan sonra həyat bitir!

İmanlı olan: Xeyr, mən doğumdan sonra həyatın necə olduğunu dəqiq bilmirəm, amma... amma bilirəm ki, doğumdan sonra anamızı görəcəyik və bizim qeydimizə qalacaq.

İmansız olan: Ana? Sən Anaya inanırsan? O hardadı?

İmanlı olan: O hər yerdədir, bizim ətrafımızdadır. Onun sayəsində yaşayırıq. Onsuz bir heç nəyik!

İmansız olan: Axmaqlıqdır! Mən ana zad görməmişəm. Deməli o yoxdur!

İmanlı olan: Mən razı deyiləm! Çünki ətrafda səssizlik olanda onun mahnı oxuduğunu eşidə bilirik. Bizi sığalladığını da hiss edə bilirik. Mən inanıram ki, bizim əsl həyatımız doğumdan sonra başlayacaq.

Bəs siz inanırsız?
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 2 748
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri