Namaz

Müəllif: Mrs.A
Şərhlər:
Baxılıb: 1488
Paylaş:
Səs ver:
(səs: 4)
İslam övladı üçün, öncə şəhadətdi Namaz.
Pak olan qəlbə qida, ruha şəfaətdi Namaz.
Şəriət hökmünə, əlbətdə itaətdi Namaz.
Səcdə et, yığ yükü yük üstünə, sərvətdi Namaz.
ALLAHA səcdədi,Peyğəmbərə hörmətdi Namaz.
O namaz ki,onu vaxtilə Peyğəmbər (s) qılmış.
Tanrının şiri, o həqq aşiqi Heydər (ə) qılmış.
On bir övladı ilə Fatimə (ə) yeksər qılmış.
Dur qoşul sən də bu sıx cərgəyə,vəhdətdi Namaz.
ALLAHA səcdədi, Peyğəmbərə hörmətdi Namaz.
O namaz ki, onu göylərdə mələklər də qılır.
RƏBBİNƏ səcdə edən bəndələr hər yerdə qılır.
Dəstə-dəstə yığılıb KƏBƏYƏ, bir yerdə qılır.
"Mustəqim” yol ki deyirlər, ona dəvətdi Namaz.
ALLAHA səcdədi, Peyğəmbərə hörmətdi Namaz.
Səni aldatmasın aləmdəki bu cah-cəlal.
Xaliqi zikr edən ol, eyləmə şeytani xəyal.
Hər əzan vaxtı pak ol, niyyət ilə dəstəmaz al,
"Həmd”i – "İxlas”ı oxu, qayəti ayətti Namaz.
ALLAHA səcdədi, Peyğəmbərə hörmətdi Namaz.
Tanrı nuru yaradıb zülməti tərk etmək üçün.
Zülməti xəlq elədi, fərqini dərk etmək üçün.
Namaz əmr oldu ki, bəd işləri tərk etmək üçün.
Ədəb-ərkandı, mərifət, həya ismətdi Namaz.
ALLAHA səcdədi, Peyğəmbərə hörmətdi Namaz.
Bax namaz əhlinə, ay tək üzü aydın parlaq.
Çünki, qəlbində həsəd yoxdur, imandır ancaq.
Dəstəmazın suyu möminlərin üzün etmiş ağ,
Tanrının dərgahına əl açmağa hacətdi Namaz.
ALLAHA səcdədi, Peyğəmbərə hörmətdi Namaz.
Tövbə et keçmişinə, bəlkə də ömrün var hələ.
Hər namaz vaxtı tələs sən də bu xeyruləmələ
Qibləyə üz tutaraq, üz-üzə dur RƏBBİN ilə
Aşiqin məşuq ilə etdiyi söhbətdi namaz.
ALLAHA səcdədi, Peyğəmbərə hörmətdi Namaz.
Kim namaz aşiqidir, Tanrı ona yar olsun
Axirət sorğu sualında həvadar olsun.
Namaz əhlinə yaraşmaz özü qəddar olsun.
Çünki "ƏR-RƏHMAN”olan Xaliqə xidmətdir Namaz.
ALLAHA səcdədi , Peyğəmbərə hörmətdi Namaz
Yusifa , qəbrə qədər həqqə ibadət elə sən !
Tanrıya laiq olan kəlmələri al dilə sən !
Oxu hər yerdə gözəl şerini avaz ilə sən !
Bəşər övladına hər yerdə hidayətdi Namaz.
ALLAHA səcdədi , Peyğəmbərə hörmətdi Namaz

loading...
(səs: 4)
Şərhlər:
Baxılıb: 1488
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri

Aylıq arxiv