Namaz qılan adama salam veriləndə cavabını verməlidirmi?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 8 651
Səs ver:
(səs: 4)
Namaz qılan adama salam veriləndə cavabını verməlidirmi?

Namaz qılan adam özü heç kimə salam verə bilməz. Amma verilən salamın cavabını almalıdır. Ümumiyyətlə, salamın cavabını daha üstün və geniş formada almaq müstəhəbdir. Amma bu, namaz zamanına aid deyil. Namaz qılan adam, ona verilən salamı olduğu kimi cavablandırmalıdır. Yəni ona "əs-səlamü əleykə” deyə salam verilibsə, cavabını da "əs-səlamü əleykə” şəklində verməlidir. Başqa formada, məsələn "əleykəs-salam” şəklində salam almaq məsləhət deyil. Əgər salam verən kardırsa və ya həmin yer çox səsli-küylüdürsə, onda salamı işarə ilə cavablandırmaq lazımdır.

Namaz üstə salamın cavabını verməyin bir neçə şərti var. Əvvəla, salamı verən adamın məqsədi zarafat ya məsxərə olmamalıdır. Əks halda, salama cavab vermək lazım deyil. İkincisi, əgər namaz qılan adamın yanında namaz qılmayanlar da durubsa və salam hamıya verilibsə, kənardakılardan biri salama cavab versə, namaz qılan adam sakit durmalıdır. Əgər kənardakılar salamın cavabını vermədilərsə, o halda namaz qılan verməlidir.
(səs: 4)
Şərhlər: 7
Baxılıb: 8 651
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri