Sual-8
Cənnətdən xəbər ver, ya Məhəmməd. Haqq-taala cənnəti nədən yaratdı, sifətləri nədir və haradadır?
Həzrəti fəxri-aləm cavab verdi ki, haqq-taala cənnəti nurdan yaratdı. Yeddi guşədən ibarətdir. Göylərdədir və bir-birindən çox aralıdır. Hər guşənin də adı var. Birincisinin adı Dar Əs-Səlam, ikincisinin adı Dar-Ül-Qərar, üçüncüsünün adı Cənnəti-Məva, beşincisinin adı Cənnəti-Ədi, altıncısının adı Cənnəti-Nəim, yeddincisinin adı Firdousi-Əladır.
Bu guşələr xalis cəvahirdəndir və hər birinin böyüklüyü beş yüz illik yol məsafəsi qədərdir. Qapılarında yazılmışdır: "İnnə-ləkü”, "əz-zibu min qəlalə ilahə illah-lah” – yəni mən o Allaham ki, məndən qeyri Allah yoxdur. Hər kəs bir dəfə dilində "Lailahə illəllah” zikr etsə, mən o qulumu azad etmə kərəmimdən rahat edərəm – buyurur.