ALLAH kimlərə lənət edər ?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 6 877
Səs ver:
(səs: 4)
1 - ALLAH ŞƏNBƏ QADAĞASINI, ƏHDLƏRİNİ POZAN VƏ "ALLAHIN ƏLİ BAĞLIDIR” DEYƏN YƏHUDİLƏRİ LƏNƏTLƏMİŞDİR: "Ey Kitab verilmişlər! Üzləri sıyırıb (dümdüz edərək) arxalarına çevirməmişdən, yaxud şənbə əhlini lənətlədiyimiz kimi onları da lənətləməmişdən öncə yanınızda olanı təsdiqləyici (kimi) nazil etdiyimizə (Qurana) iman gətirin! Allahın əmri mütləq yerinə yetəcəkdir.Nisa surəsi 47-ci ayə "..”Verdikləri əhdi pozduqlarına görə Biz onları lənətlədik və qəlblərini sərtləşdirdik. Onlar kəlmələrin yerlərini dəyişdirirlər. Onlar öyrədilmiş şeylərin bir hissəsini unutdular. İçərilərindən az bir qismi istisna olmaqla, sən onlardan daim xəyanət görəcəksən. Onları əfv et və keç. Şübhəsiz ki, Allah yaxşılıq edənləri sevir.Maidə surəsi 13-cü ayə” "Allahla əhd bağladıqdan sonra onu pozan, Allahın qovuşdurulmasını əmr etdiyi şeyləri kəsən və yer üzündə fitnə-fəsad törədənlərə gəlincə, onlar üçün lənət və pis yurd vardır. Rad surəsi 25-ci ayə”..”Yəhudilər dedilər: "Allahın Əli bağlıdır!” Onların öz əlləri bağlandı və dedikləri sözə görə lənətə gəldilər. Əksinə, Onun hər iki Əli açıqdır və O, (Öz lütfündən) istədiyi kimi sərf edir. Əlbəttə, Rəbbindən sənə nazil edilən (Kitab) onlardan bir çoxunun azğınlığını və küfrünü artıracaqdır. Biz onların arasına Qiyamət gününə qədər ədavət və kin saldıq. Onlar hər dəfə müharibə alo-­vunu yandırdıqda Allah onu söndürər. Onlar yer üzündə fitnəkarlıq törətməyə səy göstərirlər. Allah isə fitnəkarları sevmir!Maidə surəsi 64-cü ayə "

2 - ALLAH MÖMİN ŞƏXSİ QƏSDƏN ÖLDÜRƏNƏ LƏNƏT EDƏR: "Hər kəs qəsdən bir mömini öldürərsə, onun cəzası içərisində əbədi qalacağı Cəhənnəmdir. Allah ona qəzəblənər, onu lənətləyər və onun üçün böyük bir əzab hazırlayar.Nisa surəsi 93-cü ayə "

3-ALLAH ŞEYTANA LƏNƏT EDƏR: "Allah (şeytana) lənət etdi. O isə dedi: "Mən Sənin qullarından müəyyən bir qismini hökmən ələ alacağam.Nisa surəsi 118-ci ayə”

4 - ALLAH KÜFR ETDİKLƏRİNƏ GÖRƏ LƏNƏT EDƏR:
"Onlar dedilər: "Qəlblərimiz qapalıdır!” Xeyr, Allah onları məhz küfrlərinə görə lənətləmişdir. Odur ki, onlar olduqca az inanırlar.Bəqərə suarəsi 88-ci ayə "..”Yəhudilərdən bəziləri kəlmələrin yerini dəyişdirir, dillərini əyərək və dinə tənə vuraraq: "Eşitdik və asi olduq!”,"eşidilməyəni eşit!”,"bizə qayğı göstər!”– deyirlər. Əgər onlar:"Eşitdik və itaət etdik!”,"eşit!”,"bizə nəzər yetir!”–desəydilər,əlbəttə, onlar üçün daha xeyirli və daha doğru olardı.Lakin Allah küfrlərinə görə onları lənətlədi.Onlar olduqca az inanırlar.Nisa surəsi 46-cı ayə "

5 - ALLAH TAĞUTA VƏ BÜTLƏRƏ İNANANLARA LƏNƏT EDƏR:
"Bax, necə də Allaha qarşı yalan uydururlar. Bu, açıq-aşkar günah üçün kifayət edər! Kitabdan pay verilmiş kəsləri görmədinmi? Özləri cibtə və tağuta inanmaqla yanaşı kafirlər üçün də: "Bunlar möminlərdən daha doğru yoldadırlar”– deyirlər. Nisa surəsi 50,51-ci ayələr "

6 - ALLAH MÜNAFİQLƏRƏ (İKİÜZLÜLƏRƏ) LƏNƏT EDƏR: "Allah münafiq kişilərə, münafiq qadınlara və kafirlərə içərisində əbədi qalacaqları Cəhənnəm odu vəd etmişdir.Onlara kifayət edər!Allah onlara lənət etmişdir.Onlar üçün daimi bir əzab vardır.Tövbə surəsi 68-ci ayə "

7 - ALLAH,ALLAHI VƏ ELÇİNİ İNCİDƏNLƏRƏ LƏNƏT EDƏR: "Şübhə yoxdur ki, Allahı və Onun Elçisini incidənləri Allah həm bu dünyada, həm də Axirətdə lənətləmiş və onlara alçaldıcı bir əzab hazırlamışdır. Əhzab surəsi 57-ci ayə”

8 - ALLAH FİTNƏ-FƏSAD TÖRƏDƏNLƏRƏ LƏNƏT EDƏR: "Əgər üz çevirsəniz, ola bilsin ki, yer üzündə fitnə-fəsad törədəsiniz və qohumluq əlaqələrini kəsəsiniz. Onlar Allahın lənətlədiyi, qulaqlarını kar və gözlərini kor etdiyi kimsələrdir. Muhəmməd surəsi 22,23-cü ayələr "

9 - ALLAH,ALLAHA QARŞI PİS FİKİRDƏ VƏ SƏHV ZƏNDƏ OLANLARA LƏNƏT EDƏR: "(Həm də ona görədir) ki, Allah Özü barəsində pis fikirdə olan münafiq kişi və münafiq qadınlara, müşrik kişi və müşrik qadınlara əzab versin. Onların pis niyyəti özlərini bəlaya salsın! Allahın onlara qəzəbi tutmuşdur. (Allah) onları lənətləmiş və onlar üçün Cəhənnəm hazırlamışdır. Ora nə pis dönüş yeridir.Fəth surəsi 6-cı ayə "

10 - ALLAH KAFİRLƏRƏ LƏNƏT EDƏR: "Allah münafiq kişilərə, münafiq qadınlara və kafirlərə içərisində əbədi qalacaqları Cəhənnəm odu vəd etmişdir. Onlara kifayət edər! Allah onlara lənət etmişdir. Onlar üçün daimi bir əzab vardır.Tövbə surəsi 68-ci ayə "

"Həqiqətən, Allah kafirləri lənətləmiş və onlar üçün Od hazırlamışdır.Əhzab surəsi 64-cü ayə”

11 - ALLAH ÜSYAN EDƏN VƏ HƏDDİ AŞANLARA LƏNƏT EDƏR:
"İsrail oğullarından kafir olanlar həm Davudun, həm də Məryəm oğlu İsanın dili ilə lənətləndilər. Bu, onların asi olduqlarına və hədləri aşdıqlarına görə idi. Maidə surəsi 78-ci ayə "

12 - ALLAH,KİTABDA OLANI GİZLİ SAXLAYANLARA LƏNƏT EDƏR: "Kitabda insanlara bəyan etdiyimiz açıq-aydın dəlillər və doğru yol göstərən ayələr vəhy olunduqdan sonra onları gizli saxlayanlara həm Allah lənət edir, həm də lənət edə bilənlər lənət oxuyurlar!Bəqərə surəsi 159-cu ayə”

13 - ALLAH QOHUMLUQ ƏLAQƏLƏRİNİ KƏSƏNLƏRƏ LƏNƏT EDƏR: "Əgər üz çevirsəniz,ola bilsin ki, yer üzündə fitnə-fəsad törədəsiniz və qohumluq əlaqələrini kəsəsiniz. Onlar Allahın lənətlədiyi, qulaqlarını kar və gözlərini kor etdiyi kimsələrdir. Muhəmməd surəsi 22,23-cü ayələr "

14 - ALLAH,İSMƏTLİ QADINA ZİNA İFTİRASI ATANLARA LƏNƏT EDƏR: "Xəbəri olmayan ismətli mömin qadınları (zinada) günahlandıranlar dünyada və axirətdə lənətə düçar olarlar. Onları böyük bir əzab gözləyir..Nur surəsi 23-cü ayə "

15 - ALLAH YALANÇILARA LƏNƏT EDƏR: "Sənə bilik gəldikdən sonra kim səninlə (İsanın) barəsində mübahisə edərsə, de: "Gəlin oğullarımızı və oğullarınızı, qadınlarımızı və qadınlarınızı, özümüzü və özünüzü çağıraq, sonra isə dua edib yalançılara Allahın lənət etməsini diləyək”.Ali-İmran surəsi 61-ci ayə”

16 - ALLAH,İMAN GƏTİDİKDƏN SONRA KAFİR OLANLARA LƏNƏT EDƏR: "İman gətirdikdən, Peyğəmbərin həqiqi olduğuna şahid olduqdan və özlərinə aydın dəlillər gəldikdən sonra kafir olan adamları Allah necə doğru yola yönəldər? Allah zalım adamları doğru yola yönəltməz. Onların cəzası, şübhəsiz ki, Allahın, mələklərin və bütün insanların onları lənətləməsidir.Ali İmran surəsi 86,87-ci ayələr "

17 - ALLAH ZALIMLARA LƏNƏT EDƏR:
"Cənnət əhli Od sakinlərini səsləyib deyəcəklər:"Biz Rəbbimizin bizə vəd etdiyini həqiqətən gördük. Siz də Rəbbimizin sizə vəd etdiyini gerçəkdən gördünüzmü?” Onlar:"Bəli!”–deyəcəklər.Bu zaman onların arasında bir carçı səsləyib deyəcəkdir:"Allahın lənəti olsun zalımlara!Əraf surəsi 44-cü ayə "..”Allaha qarşı yalan uyduran kəsdən daha zalım kim ola bilər?Onlar Rəbbinin hüzuruna gətiriləcək və şahidlər:"Bunlar Rəbbinə iftira yaxanlardır”–deyəcəklər. Allahın lənəti olsun zalımlara! Hud surəsi 18-ci aye"
(səs: 4)
Şərhlər: 7
Baxılıb: 6 877
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri