Tək və cüt asqırmaqla səbrin rabitəsi varmı?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 12
Baxılıb: 27 688
Səs ver:
(səs: 6)
O zaman ki, insan təbiət hadisələrini dərk etməkdə aciz olur, özünü sakitlşdirmək üçün xəyal qüvvəsinə müraciət edir. Buna uyğun çox sayda əfsanə düzəldir. Nadan insan təbiətin möcüzələrini müşahidə edən zaman, heyrətə düçar olur. İxtiyarsız ona tərəf cəlb olunur. Qarşılarında təzim edir, bəzən də onları Tanrı adlandırır. Beləliklə, insanın vahimə qüvvəsi xurafata gətirib çıxardar. (Tebyan)
 
Quran ayələrinin buyurduğu kimi, bəşər ilk yaradılışından bəri tək Allaha pərəstiş etmişdir. Sonra xəyal qüvvəsi insanı bu yoldan azdırmışdır.
Hal-hazırda belə, inkişaf etmiş ölkələrdə elmin inkişaf etməsinə baxmayaraq, mədəniyyətlərində xurafatın nümunələrinə rast gəlmək olar. Cadugərlik, fala baxmaq kimi.
Xurafat, çox vaxt o hadisələrlə bağlıdır ki, gözlənilmədən baş vermişdir. Biz də həmin hadisələrə məntiqli bir cavab tapa bilmədiyimizə görə, onu başqa bir məntiqsiz hadisə ilə bağlayırıq.
Başqa sözlə desək, xurafat yersiz amillərə görə qorxmaq və bir-biri ilə əlaqəsi olmayan hadisələri bir-biri ilə bağlamaqdır. Halbuki, bu rabitə nə elm və nə də ağıl tərəfindən sabit olmuşdur.
Cahil ərəblərin nəzərinə görə asqırmaq bədbəxtliyin əlaməti idi. Asqırmağı bəlanın əlaməti kimi bilirdilər. Bu gün də bəzi insanlar üçün asqırmaq bəzi hadisələrin gələcəyindən xəbər verir. Belə ki, bir dəfə asqırmaq həmin işin pis nəticə verəcəyinə və iki dəfə asqırmaq yaxşı nəticəsinə işarə edər. Bəzi insanlar belə düşünür ki, tək asqırandan sonra gərək həmin işi görməsinlər. Bir qədər səbir etməlidirlər.
İslam başqa xurafatlarla olduğu kimi, bu xurafatla da mübarizə aparmışdır. Asqırağı bədən üçün bir nemət kimi tanıtmış və buyurmuşdur ki, hər kim asqırarsa, Allaha həmd və şükür etməlidir.
Həzrət Peyğəmbər (s) buyurur: "Allah asqırağı sevər, əsnəməyi məkruh hesab edir. Nə zaman bir insan asqırar, Allaha həmd etsin və onun asqıraq səsini eşidən hər bir müsəlman ona dua etsin və Allahdan rəhmət diləsin”.
Başqa hədislərdə oxuyuruq ki, asqıraq xəstəlikləri dəf edər. Əslində asqırmaq bir növ müdafiə müxanizmidir ki, bədəndəki mikrobları bayıra çıxardar. Ona görə də asqırmağa görə səbir etmək lazım deyildir.
İslam dini heç bir işin nəticəsini asqırmaqla bağlamağı tövsiyə etməmişdir. Əksinə, əmr etmişdir ki, əgər bir işi görməyi qərara almısansa və kimsə pis fal gətirsə, ona etina etmə. Allaha təvəkkül et və işinin ardınca get. Fal şirkdir.
Beləliklə deyə bilərik ki, tək və cüt asqırmaqla işini tənzim etmək bir müsəlmana yaraşmaz. Müsəlman gördüyü işində qəti olmalı və Allaha təvəkkül etməlidir.
(səs: 6)
Şərhlər: 12
Baxılıb: 27 688
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri