Muselman Danisiq Uslubu

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 3 825
Səs ver:
(səs: 0)

http://imgs.su/tmp/1321342117-656.jpg

Sözün ən gözəlini söyləmək Qullarıma de ki, ən gözəl sözləri danışsınlar. Çünki şeytan onların arasına ədavət sala bilər. Həqiqətən, şeytan insanın açıq-aydın düşmənidir. (İsra surəsi, 53) Allah Quranda insanlara bir-birlərinə ən gözəl sözləri deməyi əmr etmişdir. İnsan düşünmədən, vərdiş etdiyi şəkildə danışdığı kimi, sözləri diqqətlə seçərək gözəl şəkildə danışmağa da cəhd etməlidir. Allah qatında məqbul olan və insana Allahın rizasını qazandıran ikinci amil isə insanın bacardığı qədər vicdanlı danışmasıdır. Bu mövzunu belə bir misalla izah edə bilərik: insan başqa bir şəxsin gözəl davranışını görməməzlikdən gələrək bu barədə heç nə deməyə bilər, laqeyd şəkildə gördüyü işin isə gözəl davranış olduğunu, ya da əksinə, nə qədər gözəl əxlaq göstərdiyini və nümunəvi davrandığını bütün səmimiyyətilə qarşı tərəfə açıqlaya bilər. Bu davranış ilk baxışda elə də fərqlənməyə bilər. Amma Allah qatında insana nə qazandıracağını düşünsək, nə qədər fərqli olduğunu görərik. Müsəlmanın danışıq üslubu qətiyyən qürur, həsəd və qısqanclıq hisslərinə əsaslanmamalıdır. Təkəbbür Quran əxlaqından uzaq yaşayan insanların davranış tərzidir. Möminlər nəfslərinin onlara verdiyi vəsvəsələri görər və Allahın ən çox bəyənəcəyi üslubda danışarlar. Müsəlmanlar sözə başlamadan əvvəl mütləq sözlərini vicdani baxımdan dəyərləndirər, hər zaman ən gözəl sözləri deməyə çalışarlar. Qarşı tərəfi narahat edəcək, vəsvəsə və ya sıxıntı verəcək bir söz belə istifadə etməməyə çalışarlar. Əksinə, həmsöhbətlərinə rahatlıq verən, onları şövqləndirən, əhval-ruhiyyələrini qaldıran sözlərdən istifadə edərlər. Qarşılarındakı insanın imanını artırmaq, onları Allaha daha da yaxınlaşdırmaq məqsədilə danışarlar

(səs: 0)
Şərhlər: 0
Baxılıb: 3 825
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri