Əgər insanlar İmam Hüseynin (ə) ziyarətinin savabını bilsəydilər...

Şərhlər:
Baxılıb: 2150
Paylaş:
Səs ver:
(səs: 6)
İmam Hüseynin (ə) ziyarətinin fəziləti haqqında çox sözlər eşitmiş və öyrənmişik. Ancaq hər nə qədər eşitsək də, yenə azdır. Çünki eşitmədiklərimiz hələ də çoxdur. Bu fəzilətləri Məsum İmamların (ə) mübarək kəlamlarından öyrənirik.
Belə ki, İmam Baqir (ə) buyurur: "Əgər insanlar Həzrət Hüseyn ibn Əlinin (ə) qəbrini ziyarət etməyin nə qədər fəzilət və savabı olduğunu bilsəydilər, mütləq bu şövq və həvəsdən nəfəsləri azalar və qət olardı”.
İmam Sadiq (ə) buyurur: "Allah Təala mələklərdən çox məxluq xəlq etməmişdir. Hər gecə göydən 70 min mələk nazil olar. Gecənin əvvəlindən səhər açılana qədər Beytullahı təvaf edər və səhər açılmamış Peyğəmbərin (s) qəbrinə qayıdar və Həzrətə salam verərlər. Sonra Əmirəl-möminin (ə) qəbrinin yanına gedər, o Həzrətə salam verərlər. Ondan sonra Hüseynin (ə) qəbrinin yanına gələr və o Həzrətə salam verərlər. Günəş çıxmamışdan əvvəl səmaya qalxarlar. Onlardan sonra gündüzün mələkləri olan 70 min mələk yerə gələrlər. Əvvəl Beytullahı təvaf edərlər. Günəş batmamış Peyğəmbərin (s) qəbrinə tərəf gedər və o Həzrətə salam verərlər. Ondan sonra Əmirəl-möminin (ə) qəbrinin yanına gedər və o Həzrətə salam verərlər. Sonra İmam Hüseynin (ə) qəbrinin yanında hazır olub, o Həzrətə salam verərlər. Günəş batmamışdan əvvəl göyə qalxarlar”.
İmam Sadiq (ə) Sədir adlı səhabəsinə belə deyir: "Ey Sədir! Hər gün İmam Hüseynin (ə) qəbrini ziyarət edirsənmi?”. Dedim: "Yox, qurban olum”. Buyurdu: "Nə qədər cəfakarsınız. Hər cümə onu ziyarət edirsənmi?”. Dedim: "Yox”. Buyurdu: "Hər ay onu ziyarətə gedirsənmi?”. Dedim: "Yox”. Buyurdu: "Hər il onu ziyarət edirsənmi?”. Dedim: "Bəzən olur”. Buyurdu: "Siz nə qədər İmam Hüseynə (ə) qarşı cəfa edirsiniz. Məgər bilmirsinizmi ki, Allah Təalanın iki milyon mələyi vardır ki, pərişan halda İmam Hüseyni (ə) ziyarət edərlər və yorulmazlar. Nə maneəsi var ki, İmam Hüseynin (ə) qəbrini cümə günü beş dəfə və ya hər gün bir dəfə ziyarət edəsiniz?”. Dedim: "Qurban olum, axı aramızdakı məsafə çoxdur”. Həzrət (ə) buyurdu: "Mənzilinin damına çıx və sonra sağ və sol tərəfə diqqət et. Sonra başını səmaya qaldır və İmam Hüseynin (ə) qəbrinə qəsd edib de: "Əssəlamu əleykə ya Əba Abdullah! Əssəlamu əleykə və rəhmətullahi və bərəkətuh”. Əgər belə etsən, sənin üçün bir ziyarət yazılar. Bu bir ziyarət bir həcc və ümrəyə bərabərdir”.

loading...
(səs: 6)
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri

Aylıq arxiv