Uşağı olmayan qadının boşanmaması caizmidir?

Müəllif: KRALİCEM
Şərhlər: 6
Baxılıb: 4 107
Səs ver:
(səs: 1)
Uşaq sahibi olmaq üçün oxunacaq dua:
"Bir zaman Zəkəriyya Rəbbinə gizlicə dua edib demişdi: "Ey Rəbbim! Artıq sümüklərim zəifləmiş, başım da ağappaq ağarmışdır. Ey Rəbbim! Sənə etdiyim dua sayəsində heç vaxt bədbəxt olmamışam. Mən özümdən sonra gələn qohumlarımdan dinə etinasız yanaşacaqlarından qorxuram. Zövcəm də sonsuzdur. Mənə Öz tərəfindən elə bir övlad bəxş et ki, o həm mənə, həm də Yaqub nəslinə varis olsun. Ey Rəbbim! Elə et ki, o Sənin razılığını qazanmış olsun!" Ona belə vəhy olundu:"Ey Zəkəriyya! Səni Yəhya adlı bir oğulla müjdələyirik. Biz bu adı ondan öncə kimsəyə qoymamışıq!" O dedi: "Ey Rəbbim! Zövcəm sonsuz bir qadın ikən, özüm də qocalığın son həddində olduğum halda mənim övladım necə ola bilər?" Mələk dedi: «Bu, belədir, lakin Rəbbin buyurdu: "Bu, Mənim üçün asandır. Axı əvvəlcə sənin özünü də sən heç bir şey deyilkən xəlq etmişdim!"» (Məryəm surəai, 3-9)

Allah`dan hər şeyin xeyirlisini istəməlidir. Bizim üçün nəyin xeyirli olub-olmadığını bizlər bilmərik. Bir ayəti-kərimədə də bildirildiyi kimi, xeyr zənn etdiyimiz şeylər bəzən bizim üçün şər, şər bildiyimiz da xeyr ola bilər. Onun üçün Allah`dan hər şeyin, eyni zamanda uşağın da xeyirlisini istəməliyik. Uşaq sahibi olmaq əlbəttə hər kəsin istədiyi bir şeydir. Yaradılış qanunları da bu istiqamətdədir. Amma bəzi hallarda bəzi insanlar üçün uşaq sahibi olmamaq xeyirli ola bilər.

Uşağı olmayanlar, bunun səbəblərini araşdırıb bu səbəbləri aradan qaldırmaq və uşaq sahibi olmaq üçün çalışa bilərlər. Lakin bütün səylərə baxmayaraq yenə uşaq olmursa bunu dərd etmək, israrla bu mövzu üzərində dayanmaq da doğru deyil. Bəlkə də onlar üçün xeyirli olan eləsidir. Bəlkə uşaqları olsaydı başlarına bilinmədik bəlalar gələcəkdi və Allah onları o bəlalardan qorumaq üçün uşaq vermədi.

Bəli, uşaq istəməli, bunun yollarını da axtarmalı, amma işi cığırından çıxarıb problem halına gətirməməlidir. Hər şeyin xeyirlisini istəməlidir. Cənab-ı Haqq, haqqımızda hər şeyin xeyirlisini versin. (Amin)

1. "İnnə rabbəkə hüvə'I-xallâqu'l-alim." = "Şübhəsiz ki, Rəbbin hər cür yaratma şəklini bilir." (Hicr, 15/81) ayəsini gecələri 1267 dəfə təkrar edər və bunu üç ay boyunca davam etdirər.

2. Və ya; "Fallâhu huvə'l-vəliyyü və hüvə yuhyi" = "Şübhəsiz ki Allah dostdur və yaradandır." (Şura, 42/9) ayəsini, bərabər olmadan öncə 289 dəfə təkrar edər.

3. Və ya; "HüvaIIahü'l-xâliqu'l-bəriu" = "O yaradandır və yoxdan var edəndir." (Həşr, 59/24) ayəsini 1054 dəfə təkrar edər.)

4. Və ya; tibbi bir problemi olmamaq şərtiylə, uşağı olmayan bir qadın, əgər aybaşı halından üç gün sonra, günorta saatlarına yaxın bir zamanda təmiz bir kağız üzərinə 110 dəfə "Bismillahir Rəhmanir Rəhim" yazıb o kağızı üzərində daşıyaraq yoldaşıyla bərabər olarsa, Allah'ın izni ilə hamilə qalar. (Hamilə qalana qədər kağızı üzərində daşımalıdır.)

Oğlan uşağı sahibi olmaq niyyəti üçün oxunacaq dua:
"Oğlan olsun, qız olsun, əli-üzü düz olsun." sözü çox əhəmiyyətli bir həqiqəti ifadə edir. Həqiqətən də oğlanın mı, yoxsa qızın mı haqqımızda xeyirli olacağını bilmirik. Allah`dan uşağın da xeyirlisini istəməliyik. Oğlan də qız da istəyə bilərik. Amma bu mövzuda da israrçı olmamalıyıq. Bu mövzuda belə deməlidir:

"Allah`ım, Səndən oğlan (və ya qız) uşağı istəyirik. Amma sən daha yaxşı bilirsən. Haqqımızda hansı xeyirli isə onu ver."

Bəli belə deməli və doğan uşaq istər kişi istər qız olsun əsla etiraz etməməli və ya məmnuniyyətsizlik göstərməməlidirlər. Onsuz da bunun faydası da yoxdur. Çünki bu, kimsənin əlində olan bir şey deyil. Tamamilə Allah'ın təqdiridir. Onun təqdirinə etiraz isə kimsənin həddi deyil. Bu vəziyyət qulluqla, müsəlmanlıqla əsla uyğun gəlməz. Allah'ın təqdirinə könül razılığı ilə boyun əymək, bizə verdiyini baş-göz üstünə qəbul etmək lazımdır. Başdakı cümləni bir dəfə daha təkrarlayaq: "Oğlan olsun qız olsun, əli-üzü düz olsun." Amin.

Oğlan uşağı olmasını niyyət edən cütlük, birləşmə əvvəlində bəsmələ ilə üç dəfə ixlas surəsini, sonra da bu duanı oxuyar:
"Allahümməc alnı min lədünkə zürriyyətən tayyi-bətən mutîatən." = "Allah'ım, mənə uca qatından təmiz və hörmətli bir nəsil bəxş et."
(Bilal Eren, Açıklamalı Böyük Dua Hazinesi, səh. 165-166)

"Axır zamanda, sizin ən yaxşınız uşağı olmayandır." deyə bir hədis oxudum. Bu hədisin səhih olub olmadığını bilmək isteyirəm? ..
Peyğəmbər Əfəndimizin (s.ə.s.) (Axır zamanda, sizin ən yaxşınız uşağı olmayandır) deyə hədis-i şərif i var mı? Bu hədis -Mən ümmətimin çoxluğu ilə iftixar edərəm- hədis-i şərifinə tərs deyilmi?
(səs: 1)
Şərhlər: 6
Baxılıb: 4 107
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri