Tələsin namaza! Tələsin qurtuluşa!

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 3 026
Səs ver:
(səs: 3)
Namaz insanın qəlbini təmizləyir və nəfsinə rahatlıq verir, onu günahlardan və asilikdən qoruyur. Allahın qəzəbinə səbəb olan hər bir əmələ qarşı nifrət oyadır. Uca Allah buyurur: "Kitabdan sənə vəhy olunanları oxuyub namaz qıl! Həqiqətən, namaz çirkin və yaramaz işlərdən çəkindirir” (əl-Ənkəbut, 45).
Bəndə Allahın kəlamlarını oxuyaraq ayaq üstə, rükuda onu xatırlayır və səcdədə Ona dua edərək istədiyini diləyir. Beləliklə o, gün ərzində beş dəfə Rəbbinə bağlanır.
Namaz, Allahın bəndəyə bəxş etdiyi saysız-hesabsız nemətlərə görə Ona şükür etməsidir.
Namaz, öz sahibi üçün nurdur və o, bəndənin qəlbini işıqlandırır. Onun əlamətləri üzdə görünür və əzalara təsir edir.
Bəndə namazla Allahın dərgahında böyük savablar qazanır. Əgər bir insan əlli il yaşasa və hər gün beş vaxt namaz qılsa, onun qıldığı namazların sayı 90.000 edər. Qiyamət günü bu qədər böyük sayda namaz ilə Allahın hüzuruna gələn bəndə etdiyi hər bir yaxşı əməlin müqabilində ondan yeddi yüz qata qədər savab alacaq və Cənnətə girdiyinə görə necə xoşbəxt olacaqdır.
(səs: 3)
Şərhlər: 7
Baxılıb: 3 026
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri