Övlad diləmək və sonsuzluğa görə dualar

Müəllif: Mr. OffiCeR
Şərhlər: 9
Baxılıb: 143 161
Səs ver:
(səs: 6)
Bağışlayan və rəhmli Allahın adı ilə...
"Hilyətül müttəqin"də belə rəvayət olunur ki, Əliyy ibn Muhəmməd Himyəri, Cəfər ibn Mahmud adlı bir şəxsin qızını çox sevirmiş.Nəhayət onlar evlənirlər, lakin, uşaqları olmur. Əliyy ibn Muhəmməd Himyəri İmam Əliyyən-Nəqi (ə)-ın yanına gəlib məsələni ona bildirdi.İmam təbəssüm edərək buyurdu: "Qaşı firuzədən olan bir üzük tap və bu ayəni ona yazdır": "Rəbbi la təzərni fərdən və əntə xəyrul varisin" (Ənbiya-iy).Əliyy ibn Muhəmməd Himyəri deyir ki, İmamın buyurduğu kimi etdim, heç bir il keçməmiş bir oğlum oldu.
Rəvayət olunur ki, uşaq olması üçün bu iki ayəni səcdədə oxuyun:"Rəbbi həb li min lədunkə zurriyətən təyyibətən innəkə səmiud-dua"."Rəbbi la təzərni fərdən və əntə xəyrul varisin" (Ali-İmran-39,Ənbiya-89).
Başqa bir rəvayətdə İmam Sadiq (ə) buyurur:"Hər gecə və gündüz 70-dəfə "Subhanəllah" və sonra 10-dəfə "Əstəğfirullah rəbbi və ətubu iləyh", sonra 9-dəfə "Subhanəllah" və 1-dəfə "Əstəğfirullahə rəbbi və ətubu iləyh" deyin.Ravi deyir ki, bir çoxları (uşağı olmayanlar) buna əməl etdi və uşaqları oldu.
"Tibbul-əimmə"də İmam Baqir (ə)-dan rəvayət olunub ki, bir nəfər İmam Səccad (ə)-a şikayətlənərək bildirdi ki, bir neçə qadınla evlənməsinə baxmayaraq, yenə də uşağı olmur. Özü də artıq 60-yaşa çatmışdır.İmam Səccad (ə) ona buyurdu:"Üç gün vacibi namazlardan sonra (işa və sübh namazlarından sonra) 70-dəfə "Subhanəllah" və 70-dəfə "Əstəğfirullah" de. Onların ardınca da bu ayələri oxu:"İstəğfiru rəbbəkum innəhu kanə ğəffara. Yursilis-səmaə ələykum midrara. Və yumdidkum biəmvalin və bəninə və yəc`əl ləkum cənnatin və yəc`əl ləkum ənhara" (Nuh-10,12).Bunu oxuduqdan sonra üçüncü gecə yoldaşınla yaxınlıq et ki, Allah sənə sağlam bir oğlan uşağı qismət edəcək. Həmin kişi imamın buyurduğu kimi etdikdən sonra Allah ona bir övlad verdi.
Əllamə Simnani rəvayət edir ki, övladın olması üçün hər gecə və gündüz 100-dəfə "Əstəğfirullah" de.Həmçinin rəvayət olunur ki, kim evində ucadan azan oxuyarsa, Allah ona çox övlad verər və onu bütün xəstəliklərdən qoruyar.
Rəvayətdir ki, kim aşağıdakı duanı bir qaba yazıb onu yuduqdan sonra suyu yoldaşına içirsə və sonra onunla yaxınlıq etsə, Allah onlara uşaq verər (baxmayaq ki, qadın sonsuzdur).Dua budur:"Bismilləhir rahmənir rahim. Əllahummə ya zəl ərşil kərimi vəl mulkil qədim. Ya Əllahu, Ya Rəhmanu, Ya Rəhim. Ya Səttaru, Ya Ğəffaru, Ya Əhədu, Ya Saməd səlli əla Muhəmmədin və Alih,vərzuqni vələdən saliha".
Rəvayət olunur ki, kim (övladı olmayan kəs) tez-tez "Ya Mubdi" desə Allah ona övlad əta edər. "Təshilud-dəva" kitabında rəvayət olunur ki, əgər bir qadının uşağı olmazsa, aşağıdakı ayəni iki parça kağıza yazıb kağızın birini qadın qoluna bağlasın, birini də yuyub suyunu kişi və qadın içsin və sonra yaxınlıq etsinlər. Beləliklə, Allah onlara uşaq verər.Ayə budur: "Bismilləhir rahmənir rahim. Ya Yəhya xuzil kitabə biquvvətin və atəynahul hukmə səbiyya" (Məryəm-12).
Rəvayət olunur ki, qadın 7-gün oruc tutsa və 21-dəfə "Əl-Musəvvir" sözünü bir qab suya oxuyub iftar zamanı onu içsə (yəni onunla iftarını açsa) Allah ona uşaq verər. (Bu əməl gərək bütün 7-günü təkrar edilsin).İmam Səccad (ə) övladı olmayan səhabələrinə buyururdu ki, 70-dəfə bu duanı oxuyun:"Rəbbi la təzərni fərdən və əntə xəyrul varisin. Vəc`əl li min lədunkə vəliyyən yərisuni fi həyati və yəstəğfiru li bə`də vəfati vəc`əlhu xəlqən səviyya. Və la təc`əl liş-şəytani fiyhi nəsiba. Əllahummə inni əstəğfirukə və ətubu iləykə innəkə əntət-təvvabur-rahim".

P.S Ər-arvad bir-biri ilə yaxınlıq edən zaman bu duanı oxumaları savabdır və Allah onları bu işdə şeytandan qoruyar: "Bismilləh. Əllahummə cənnibnə ş`şeytanə və cənnibi ş`şeytanəmə razəqtənə"
(səs: 6)
Şərhlər: 9
Baxılıb: 143 161
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri