İmam Hüseynin (ə) başını bədənindən ayıranın aqibəti - İBRƏTLİ

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 3 248
Səs ver:
(səs: 1)
Şimr ibn Zil-övşən

Bəni-Kilab qəbiləsindən idi, əsl adı Şərəhbildir. Şimr onun ləqəbidir, tərcüməsi təcrübəli, hər işdən başı çıxan və ya səxavətli deməkdir.

Maraqlıdır ki, Şimr əvvəllər Həzrət Əlinin (ə) tərəfdarı olmuş, hətta Siffeyn savaşında o həzrətin tərəfində vuruşmuşdu. Sonralar Müaviyənin tərəfinə keçdi.

Kərbəla faciəsində Şimrin mənfi rolu hadisələrin lap əvvəlindən başlayır. Yezid tərəfindən Ibn Ziyadın yanına göndərilən Şimr onu Imam Hüseynlə (ə) amansız davranmağa təhrik etdi. Ömər ibn Səd əvvəlcə tərəflər arasında barışıq yaratmaq istədiyi üçün Şimr onu vəzifəsindən uzaqlaşdırılacağı ilə qorxudub döyüşə sövq etdi. Aşura günündə Şimr qoşunun sol cinahının sərkərdəsi idi. Onun ən böyük cinayəti Imam Hüseynin (ə) başını xəncərlə diri-diri kəsib bədəndən ayırmasıdır.

Şimr Muxtarın Kərbəla qatillərini tutub cəzalandırdığını eşidəndə Kufədən qaçdı. Muxtarın əsgərləri əvvəlcə onu ələ keçirə bilmirdilər. Nəhayət, Xuzistan əyalətindəki kəndlərin birində Şimri haqladılar. Döyüşdə Şimr öldürüldü. Onun başını kəsib, bədənini itlərin qabağına atdılar.
(səs: 1)
Şərhlər: 7
Baxılıb: 3 248
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri