Allahın nemətləri (İlk xəbərim)

Müəllif: Mr. OffiCeR
Şərhlər: 8
Baxılıb: 3 045
Səs ver:
(səs: 1)
Uca Allah buyurur:" Allah göyləri və yeri gerçək yaratmışdır. O, müşriklərin qoşduqları şəriklərdən ucadır.Allah insanı nütfədən yaratdı. O isə açıq-aşkar mübahisəyə çevrildi.Mal qaranıda o yaratdı.Onlardan sizin üçün istilik(bədəninizi isti saxlayan yun geyim ) və başqa faydalar vardır.Həmçinin onlardan yeyirsiniz. Həqiqətəndə Rəbbiniz Şəfqətlidir,Rəhimlidir.
Atları qatırları və uzunqulaqları sizə həm minik, həmdə zinət olsun deyə Allah yaratdı.O , sizin hələ bilmədiyiniz bir çox şeyləridə yaradır.
Doğru yol göstərmək Allaha aiddir.Əyri yollarda vardır.Əgər o istəsəydi sizin hamınızı doğru yola yönəldərdi.
Göydən suyu endirən odur.Bu həm sizin içməyiniz , həm də icində mal- qaranızı otardığınız otların bitməsi üçündür.Allah onunla sizin üçün dənli bitkilər,zeytun,xurma,üzüm və başqa meyvələrin hamısından yetişdirir.Həqiqətən bunda anlayan adamlar üçün dəlillər vardır.
O gecani və gündüzü , günəşi və ayı sizə xidmət etməyə yönəltdi.Ulduzlar da Onun əmri ilə ram edilmişdir. Sözsüz ki, bunlarda anlayan insanlar üçün əlamətlər vardır.
Yer üzündə sizin üçün yaratdığı müxtəlif rəngli şeyləri də sizə ram etdi.Şübhəsiz ki, bunda düşünüb ibrət alan insanlar üçün dəlillər vardır.
O, dənizidə sizin xidmətinizə verdi ki,ondan yemek üçün təzə balıq və taxmaq üçün bəzək şeyləri əldə edasiniz.Sən gəmilərin dənizi yara-yara üzdüyünü görürsən. Bütün bunlar Allahın lütfündən sizə nəsib olanları axtarıb tapmağınız və şükür etməyiniz üçündür.
O,sizi silkələnməsin deyə,yer üzündə möhkəm dağlar və düzgün səmt götürəsiniz deya , çaylar və yollar yaratdı. Əlamətlər yaratdı.İnsanlar ulduzlar vasitəsilə də getdikləri yolu müəyyənləşdirirlər.Heç yaradan da  yarada bilməyən kimi ola bilərmi? Düşünüb ibrət götürməyəcəksinizmi?
Əgər Allahın nemətlərini saymalı olsanız onları sayıb qurtara bilməzsiniz.Həqiqətən, Allah Bağişlayandır, Rəhimlidir"(ən-Nəhl,3-18).
(səs: 1)
Şərhlər: 8
Baxılıb: 3 045
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri