Bu gün Aşura günüdür

Müəllif: NoName
Şərhlər:
Baxılıb: 1391
Paylaş:
Səs ver:
(səs: 1)
Bu gün Aşuradır. Hicri-qəməri tarixi ilə 61-ci il Məhərrəm ayının 10-da (miladi təqvimi ilə 10 oktyabr 680–ci il) Həzrət Məhəmmədin (s) nəvəsi, Həzrət Əli (ə) və Xanım Fatimənin (s.ə) oğlu, müsəlmanların 3-cü imamı – imam Hüseyn (ə) və tərəfdarları Kərbəlada Yezidin göndərdiyi qoşun tərəfindən şəhid edilib.

Həmən qanlı hadisələrdən 13 əsirdən artıq zaman ötməsinə baxmayaraq, bu gün, hər il müsəlmanlar tərəfindən matəm günü kimi qeyd edilir.

İnsani itkiləri baxımından hicri 61-ci ildən sonra bəşər tarixi daha qanlı, daha irimiqyaslı faciələrə şəhidlik edib. Amma onların hamısı sadəcə olaraq bir tarixi fakt kimi sənədlərdə yaşamaqdadır. 72 nəfərin Kərbəladakı qətliamı isə nəsildən nəsilə ötürülməklə milyonlarla insanın həqiqi ürək yarası, qəlb dağıdır. Səbəbini imam Hüseyn (ə) məktəbində, Kərbəla şəhidlərinin Allaha, Peyğəmbərə (s), onun müsəlmanlara əmanət etdiyi Qurana və Əhli-beytə xalis bağlılıqlarında aramaq lazımdır. Kərbəla faciəsini bir çox dövlətlərdə bir çox hökmdarlar xalqa unutdurmağa cəhd göstəriblər. Amma Allaha bağlı olan insanların qəlblərində yaşayan Hüseyn (ə) sevgisini məhv etmək mümkün olmayıb və bundan sonra da mümkün olmayacaq.

Bu hüznlü gündə islam.az bütün müsəlmanlara başsağlığı verir. Allah hər birimizə Kərbəla hadisələrini dərk etməyə, Hüseynin (ə) məhəbbətini qəlbimizdə yaşatmağa, həyatımızın hər anını "Hər gün Aşura, hər yer Kərbəla" prinsipi ilə yaşamağı nəsib etsin.

loading...
(səs: 1)
Şərhlər:
Baxılıb: 1391
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri

Aylıq arxiv