Hekayə-Ana duası

Müəllif: Ayşə_gül
Şərhlər: 6
Baxılıb: 5 726
Səs ver:
(səs: 5)
Musa Əleyhssəlamın belə bir duası olur: " Ya Rəbbim, mənə Cənnətdəki qonşumu göstər, gedib onunla görüşüm"Musa Əleyhssəlama vəhy gəlir: "Filan bölgəyə get! Orada bazarın başında bir qəssab dükanı var. O dükanın sahibi olan qəssabı tap. O, yaxşı qulumdur. Yalnız bunu bil ki, onun çox vacib bir işi var.Çağırsan gəlməz. Bax o, sənin cənnətdəki qonşundur".Musa Əleyhssəlam həmin an bildirilən yerə getdi. Qəssabı tapdı və ona: " Mən sənə qonaq gəldim"-dedi.Qəssab Musa Əleyhssəlamı tanımırdı. Ona " Xoş gəldin"-deyib əyləşməsi üçün yer göstərdi. Dükanda işləri bittdikdən sonrada, evinə qonaq apardı. Evində süfrəsinin başında oturub yaxşı qulluq etməyə başladı. Musa Əleyhssəlam, qəssabı diqqətlə izləyirdi. Qəssabın odun üstündə ət bişirdiyini gördü.Ət bişdikdən sonra bir hissəsini xırda-xırda doğrayıb bir boşqaba yığıb kənara qoydu. Sonra qazandakı ət yeməyindən başqa bir boşqaba çəkərək Musa Əleyhssəlamın qarşısına qoydu və dedi:- Mənim vacib bir işim var. Sən məni gözləmə yeməyini ye.-deyib getdi."Vacib işim var"- deyincə, Musa Əleyhssəlama çox maraqlı gəldi və gizlicə qəssabı izləməyə başladı. Qəssab isə Musa Əleyhssəlamın yanından getdikdən sonra yan otağa daxil oldu. Orada divardan asılmış bir zəmbili yerə endirdi. Zəmbildə çox qoca, yumrulanıb yumağa dönmüş bir qarı vardı. Qəssab qadına gətirmiş olduğu kiçik tikələri əlləri ilə yedirdi, sonra əl-üzünü yuyub altını tər təmiz dəyişdirdi.Kirlilərini yuyub asdıqdan sonra əllərini yuyub Musa Əleyhssəlamın yanına gəldi.Onun hələ də yeməyini yemədiyini görüb soruşdu:- Nə üçün yeməyə başlamamısınız?Musa Əleyhssəlam:Sən mənə zəmbildəki sirri söyləmədikcə bir loxma da yemərəm-dedi.-Madam ki, maraqlanırsan söyləyim. Ey qonaq, bu zəmbildəki mənim yaşlı anamdır. Çox yaşlı olduğu üçün taqətdən düşüb. Başqa baxacaq kimsəmiz də yoxdur.Evlənmək istəyirəm, ancaq yoldaşım anamı incidər deyə qorxuram.İşə gedərkən it,pişik zərər verməsin deyə onu zəmbilə qoyub divardan asıram. Gündə iki dəfə gəlib yeməyini verib, altını üstünü rahatlayıram. Sonra da arxayın işimə gedirəm.Musa Əleyhssəlam dedi:- Ancaq mənim anlamadığım daha bir şey var. Sən ananı yedirib içirdib, altını təmizlədikdən sonra o, dodaqlarını tərpədib nələrsə dedi, səndə Amin! dedin. Anan ne dedi ki, sən Amin dedin?Anam hər qulluğunda duranda " Allah səni Musa Əleyhssəlama Cənnətdə qonşu eləsin"-deyə dua edir. Mən inanmasam da bilaixtiyar bu duaya " Amin" dedim. Mən kiməm ki, o böyük Peyğəmbərə qonşu olum? Onunla qonşu ola biləcək qədər hansı əməlin sahibiyəm ki?O vaxtadək kim olduğunu gizləyən Musa Əleyhssəlam buyurdu!- Ey Allahın sevimli qulu, mən Musayam. Məni sənin yanına Allahu Təala göndərdi. Ananın hallalığını qazandığın üçün Cənnəti və orada mənə qonşu olmağı qazandın.Qəssab həmin an qalxıb, Musa Əleyhssəlamın əlini öpdü və sevinclə yeməyini yedi.

Allahu Təala bizləri ana şəfqətindən məhrum etməsin Amin!
(səs: 5)
Şərhlər: 6
Baxılıb: 5 726
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri