Hz. Məhəmməd peyğəmbər (3 hissə)

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 3 311
Səs ver:
(səs: 0)
Peyğəmbərimizə gələn ilk Vəhy
 
Hz.Məhəmməd 40 yaşında ikən dini düşüncələr və axtarışlar onun həyatında getdikcə daha çox yer tutmağa başlamışdı, o bəzən bütün asudə vaxtını bunlara sərf edirdi. Hələ yeniyetməlik dövründə onun daxilində baş qaldıran ruhi həyəcan misli görünməmiş dərəcədə şiddətlənmişdi, çox vaxt əsl sarsıntı vəziyyətinə keçirdi. O getdikcə daha tez-tez vəcdə gəlir, gözünə anlaşılmaz surətlər görünür və qulağına hələlik o qədər də başa düşmədiyi səslər gəlirdi. Hz.Məhəmməd tez-tez Məkkə yaxınlığındakı Hirə mağarasına çəkilib (xüsusən gecələr) öz dini düşüncələr edirdi. Belə məqamaların birində Hz.Məhəmməd insanlara həqiqi sözü – Allahın sözünü oxumağı başlamaq haqqında ona əmr verən mələyi qəflətən aydın görmüşdür. Bu hadisə Hz.Məhəmmədi o qədər sarsıtmışdı ki, o, uzun müddət dərin ruhi düşkünlük vəziyyətində qalmış, onu belə vəziyyətdən çıxaran da həmin mələk olmuşdur. Mələk ona Allahın sözünü adamlara çatdırmağı yenidən əmr etmişdir.Hz.Məhəmmədi birinci olaraq danışıqsız Allahın elçisi kimi tanıyan Xədicə, öz əmisi oğlu Əli (Əbu Talibin oğlu) və oğulluğa götürdüyü Zeyd olmuşlar. Tezliklə adlı-sanlı Məkkə taciri Əbu Bəkr, onun ardınca isə Osman, Təlhə və Əbdürrəhman da ona iman gətirmişlər. Hz.Məhəmmədin tərəfdarlarının sayı əvvəlcə 50 nəfərdən artıq olmayan, əsasən onun qohum-əqrabasından ibarət olan dəstəsi Məkkə cəmiyyətinin qalan hissəsinin, ilk növbədə də nüfuzlu qüreyşlilərin aşkar ədavətinə, demək olar, düşmən münasibətinə rast gəldi. Onun tərəfdarlarının on bir nəfərininin (ailəlikcə) Həbəşistana təcili köçməsi də bunu kifayət qədər aşkar sübut edir.

Davamçıları

Öz mərdliyi, ciddiyyəti və səmimi fədakarlığı ilə şöhrət qazanmış Həmzə və Ömər yeni dini icmaya qoşulanda bu icmanın mövqeyi xeyli möhkəmləndi. Bununla birlikdə qüreyşilərin həmin icmaya və ilk növbədə onun imamı Hz.Məhəmmədə düşmənçiliyi artdı. 610-cu ildən 620-ci ilədək dövrü əhatə edən onillik Məkkənin ənənəvi bütpərəst cəmiyyəti ilə yeni təkallahlı dinin – Hz.Məhəmmədin fəal təbliğ etməyə başladığı islam dininin tərəfdarları arasında ardı-arası kəsilməyən çəkişmələrlə dolu olmuşdur. 620-ci ildə Xədicənin və bundan bir qədər, yəni iki ay sonra Əbu Talibin vəfatı mübarizənin kəskinliyini artırmışdı. Belə son dərəcə sədaqətli köməkçilərini itirən, öz qəbiləsi tərəfindən demək olar tamamilə tərk edilən Hz.Məhəmməd Məkkədən təqribən yüz kilometr şərq tərəfdə yerləşən Taifdə kömək axtarıb tapmağa çalışdı, lakin müvəffəqiyyətsizliyə uğradı.Peyğəmbərə kömək əslində gözləmədiyi yerdən – əvvəlcə Yəsribdən, daha doğrusu Yəsribin Xəzrəc və Ovs qəbilələrindən gəldi. Həmin qəbilələrin on iki nümayəndəsi hər il Məkkəyə ənənəvi ziyarətə gələn bütpərəstlərin illik zəvvarlıq mövsümlərinin birində Hz.Məhəmmədlə görüşmüş, onun təlimini qəbul edib, ona sadiq qalacaqlarına və yardım göstərəcəklərinə and içmiş və buna görə də sonralar fəxri ənsar rütbəsi almışdılar. Növbəti zəvvarlıq mövsümündə bu and içmə təkrar edilmiş, lakin bu dəfə and içmə mərasimində Hz.Məhəmmədin yetmiş yəsribli tərəfdarı iştirak etmişdi. Həmin andiçmədə onlar Hz.Məhəmmədə söz verdilər ki, onunu dininə riayət etməklə yanaşı, həm də bu dini həyatları bahasına qoruyacaqlar. Hz.Məhəmmədə tamamilə aydın oldu ki, islam ideyaları Yəsribdə olduqca əlverişli zəmin tapmışdır. Buna görə də o, Yəsribdə məskən salmağı qərara aldı. Belə bir qərarın qəbul edilməsi təkcə Hz.Məhəmmədin təbliğ etdiyi ideyalara yəsriblilərin bəslədikləri sədaqətlə deyil, həm də onunla bağlı idi ki, Hz.Məhəmmədin tərəfdarları ilə birgə aşkar cismani cəza gözləyirdi.Əvvəlcə Hz.Məhəmməd təliminin sədaqətli tərəfdarları (onun əshabələri) ailələri ilə birlikdə Yəsribə kiçik qruplarla və qüreyşilərdən xəlvəti olaraq köçdülər. Onlardan, yəni Yəsribə köçən ilk müsəlmanlardan (mühacirlərdən) sonra isə Hz.Məhəmməd özü də ailəsi və ən yaxın adamları ilə birlikdə məşhur hicrətini etdi. 622-ci il iyulun 26-da baş verən həmin hadisə müsəlman erasının başlanğıc nöqtəsi, rəsmi müsəlman təqviminin başlanğıcı oldu.53 yaşlı Hz.Məhəmmədin köçdüyü şəhər sonradan Mədinə(Peyğəmbərin şəhəri) adlandırılacaq. Yəsribə köçməsi onun ictimai statusunu kökündən dəyişdirdi. O, yeni dinin mübəlliğindən, dini nəsihətçidən və çəkindiricidən sözün tam mənasında adamlara ilahi qanunları çatdıran Allah elçisinə (Allahın Rəsuluna) çevrildi. Adamlar yer üzündəki həyatlarında onun söylədiyi qanunlara riayət etməli idilər. Müsəlmanların həyat tərzi və yeni dinin başlıca ayinləri haqqında bütün əsas göstərişləri də Hz.Məhəmməd öz peyğəmbərliyinin məhz Mədinə dövründə yaratmışdır.Hz.Məhəmmədin ətrafında birləşmiş mühacirlər və ənsarlar Mədinədə öz icmalarını – ümməti yaratdılar. Ümmət Ərəbistan yarımadasında o vaxtadək ənənəvi olan qəbilə-tayfa birliklərindən fərqli olaraq qan qohumluğu əsasında deyil, eyni dini təlimə mənsub olmaq əsasında qurulmuşdu. Bu icma teokratik təşkilat idi, Hz.Məhəmməd eyni zamanda icmanın həm dini, həm də dünyəvi başçısı rolunu oynayırdı. Bu icma Hz.Məhəmmədin dinini qəbul edənlərin hamısı üçün əslində açıq idi. Hicrətdən bir neçə il sonra Mədinənin bütün ədəb əhalisi (daha doğrusu, bütpərəst əhalisi) Hz.Məhəmmədin icmasına daxil olmuşdu.  
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 3 311
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri