Məsumların nurlu kəlamlarından 500 hədis (61-80)

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 6 006
Səs ver:
(səs: 3)
Hədis 61: Həzrət Məhəmməd (s) buyurur:"Hər kəs çox yeməyə adət etsə,ürəyi qəsavətbağlayar (daşlaşar).”

Hədis 62: Həzrət Məhəmməd (s) buyurur:"Hər kəs özünü hansı dəstəyə oxşadarsa,həmin dəstədəndir.”

Hədis 63: Həzrət Əli (ə) buyurur:"Sizin qiymətiniz yalnız behiştdir,özünüzü ondanucuzuna satmayın.”

Hədis 64: Həzrət Məhəmməd (s) buyurur:"Elmiləbirgəolan yuxu,cəhliləbirgəolanibadətdən üstündür.”

Hədis 65: Həzrət Məhəmməd (s) buyurur:"Allah-təala övladlarınız arasında,hətta onları öpərkən beləədalətə riayət etməyinizisevir.”

Hədis 66: Həzrət Məhəmməd (s) buyurur:"Allah-təala yalnız rəhimli bəndələrinə rəhm edər.”

Hədis 67: Həzrət Məhəmməd (s) buyurur:"Qadının bərəkətliolmasınınəlamətibudurki,elçiliyi asan,mehriyyəsi isəyüngül olsun.”

Hədis 68: Həzrət Məhəmməd (s) buyurur:"Bu dünyada sizin üçün bir müsafirin azuqəsi qədər olanmalkifayətdir.”

Hədis 69: Həzrət Məhəmməd (s) buyurur:"Allah-təala behişti nədediyinə və onunhaqqındanədeyildiyinə əhəmiyyət verməyən pis danışıqlı adamlara haram etmişdir.”

Hədis 70: Həzrət Məhəmməd (s) buyurur:"Sizin ən yaxşınız dünyaya daha rəğbətsiz, axirətə isədaha rəğbətli olanınızdır.”

Hədis 71: Həzrət Məhəmməd (s) buyurur:"Qardaşın (özdin) qardaşına olangizli duası rədd ediləsi deyil.”

Hədis 72: Həzrət Məhəmməd (s) buyurur:"Dünya mö`minin zindanı, kafirinsə behiştidir.”

Hədis 73: Həzrət Məhəmməd (s) buyurur:"Allah o kəsə rəhmət etsin ki, sözlərindənartığını saxlayar, malının artığını isəsədəqə verər (paylayar).”

Hədis 74: Həzrət Məhəmməd (s) buyurur:"Alimin iki rəkət namazı,alim olmayan adamın yetmiş rəkət namazından üstündür.”

Hədis 75: Həzrət Məhəmməd (s) buyurur:"Allaha diqqətlə qılınan iki rəkət namaz, Allahdan qəflətdə qılınan min rəkət namazdan üstündür.”

Hədis 76: Həzrət Əli (ə) buyurur:"Kimözünühesabaçəksə, səadətəyetişər.”

Hədis 77: Həzrət Məhəmməd (s) buyurur:"Elmin fəziləti ibadətin fəzilətindən çoxdur.”

Hədis 78: Həzrət Məhəmməd (s) buyurur:"Elmlə olan az əməl faydalı, cəhalətlə olan çox əməl isə faydasızdır.”

Hədis 79: Həzrət Məhəmməd (s) buyurur:"Əgər mənim bildiklərimi bilsəydiniz,az gülüb çox ağlayardınız.”

Hədis 80: Həzrət Məhəmməd (s) buyurur:"Bəndə öz dilini saxlamayınca,imanın həqiqətinə çatmaz.”
(səs: 3)
Şərhlər: 7
Baxılıb: 6 006
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri